Çərşənbə axşamı, mayın 18-də Rotterdamda "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirildi. Samirə Efendi səhnəyə 14-cü çıxaraq "Mata Hari" mahnısını ifa etdi. Təmsilçimiz Rüfət İsmayılın tikdiyi geyimdə idi. Onun stilisti isə Anar Ağakişiyevdir.
Azərbaycanla yanaşı, Norveç, İsrail, Rusiya, Malta, Sloveniya, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri də finalda yer aldılar.
Samirə Efendi bukmekerlərin qiymətləndirməsinə görə, yarımfinal iştirakçılarının ilk onluğuna da düşüb. O, 60% səslə 9-cu yerdədir.
Müsabiqənin finalı mayın 22-də Rotterdamdakı Ahoy arenada baş tutacaq.
Eləcə də oxuyun:
* "Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi
* Dünya şöhrətli dizayner: "Bahalı geyim heç də dəbli geyim demək deyil"
* "Avroviziya-2021" iştirakçılarının cəsarətli obrazları
* "Avroviziya"nın startında xoşagəlməz olay