"Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsinin açılış mərasimi mayın 16-da Rotterdamdakı kruiz terminalında baş tutdu. Müsabiqə iştirakçıları təntənəli şəkildə bu il firuzəyi rəngdə olan xalının üstündən keçdilər.
Ancaq bu heç də bütün iştirakçılara nəsib olmadı: açılış mərasimində Malta, Polşa, İslandiya və Rumıniyanın nümayəndələri iştirak etmirdi. Məsələ burasındadır ki, ötən gün adıçəkilən ölkələrin komanda üzvlərinin bir neçəsinin COVID-19 testi müsbət çıxıb. Buna görə də, həmin komandalar müsabiqədə distant şəkildə iştirak edəcəklər.
Azərbaycanı isə "Avroviziya"da müğənni Samira Efendi "Mata Hari" mahnısı ilə təmsil edəcək.
Samira müsabiqənin Nive-Maas çayının sahilində keçirilən rəsmi açılış mərasimində məşhur dizayner Rüfət İsmayılın tikdiyi libasada görünüb. Onun saç düzümünü və makiyajını isə "Əvvəl və sonra" layihəsi ilə məşhurlaşan stilist Anar Ağakişiyev edib.