Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

© AFP 2024 / KENZO TRIBOUILLARDПевица Самира Эфенди (Азербайджан) во время выступления на сцене зала Rotterdam Ahoy
Певица Самира Эфенди (Азербайджан) во время выступления на сцене зала Rotterdam Ahoy - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

UNESCO-nun himayəsi altında

Samirə Efendinin çıxışından sonra axtarış saytlarında “Yallı” sorğusu artıq digərlərini xeyli geridə qoyub. İstifadəçilər “Avroviziya” səhnəsində gördükləri Azərbaycan rəqsinin mahiyyətini araşdırırlar.

Yallı – Azərbaycanın ən geniş yayılmış kütləvi xalq rəqslərindən biridir. “Köçəri”, “Üçayaq”, “Tello”, “Tənzərə”, “Qaladan-qalaya” bu rəqsin digər növləridir.

Yallını dövrə boyunca hərəkət edən insanlar əllərini bir-birinin çiyninə qoymaqla, ya da çeçələ barmaqlarını bir-birinə keçirməklə ritmik, sinxron hərəkətlər edərək ifa edirlər. Yallıda mütləq halaybaşı olur, onun hərəkətlərini yallının digər iştirakçıları təkrar edirlər.  

Azərbaycanın Yallı (Köçəri, Tənzərə) kimi milli rəqsləri, eləcə də Naxçıvanın ənənəvi kollektiv rəqsləri 2018-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb.

Azərbaycan rəqslərinin zəngin tarixi var. Ölkədə yallının mindən çox növü var və onların 100-dən çoxu Naxçıvana aiddir. Hər bölgənin öz yallısı var.

Xəbər lenti
0