AVRO-2020-nin təsnifat mərhələsində daha bir oyun Azərbaycan millisi üçün məğlubiyyətlə bitdi. Uels 0:2 hesabı ilə Bakıda qələbə qazandı.
Uelslilər üçün oyun çox vacib idi, ona görə də Bakıda buz kimi noyabr havası olmasına rəğmən, oyunu qızğın adlandıra bilərik. Təəccüblü deyil ki, qonaqlar dərhal hücuma atıldılar və Kiffer Murun müəllifi olduğu ilk qol oyunun 10-cu dəqiqəsində vuruldu.
Sonrakı iyirmi dəqiqə azakeşləri gərginlikdə saxladı, Nikola Yurçeviçin yetirmələri Ueyn Hennesinin qapısı qarşısında bir neçə təhlükəli an yaratdılar. Ancaq rəqib daha ciddi davrandı və sonrakı anlarda qapıçı Emil Balayevin səyləri ilə uelslilər ancaq bir qol vur bildilər: 34-cü dəqiqədə Harri Uilson cərimə meydançasının küncündən Deniel Ceymsin zərbəsi ilə qapı dirəyinə dəyib geri qayıdan topunu uğurla yenidən qapıya yönəltdi.
Bundan sonra ev sahiblərinin bütün səylərinə, hətta hakimlə mübahisə etmək cəhdlərinə rəğmən oyunda hesab dəyişmədi. Qarşılaşmanın ən parlaq anlarını Sputnik Azərbaycan-ın fotolebtində izləyin.