Bəzənib-düzənib, geyinib-keçinib gəl, toya buraxmasınlar

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidНовобрачные, фото из архива
Новобрачные, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə olunub, 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
BAKI, 13 avqust — Sputnik. Avqustun 12-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 30 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 28 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Qeyd edək ki, ötən gün açıqlanan rəqəmlərə görə, 61 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənliklərin monitorinqi təşkil olunub. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
Həmçinin oxuyun: 
Toya buraxılmayanların sayı açıqlandı
Bəylə gəlinin zorən peyvəndlənməsi: Övlad sahibi olacaq gənclərin sağlamlığına zərbə
Azərbaycanda toy bumu: Portala minlərlə müraciət daxil olub
Toy adamları ev adamlarını xərcə saldılar
Koronavirus dövründə toy dəvətnamələrini necə tərtib etməli? Yeni tələblər
Xəbər lenti
0