https://sputnik.az/20210813/Bznib-dznib-geyinib-keinib-gl-toya-buraxmasnlar-427688466.html
Bəzənib-düzənib, geyinib-keçinib gəl, toya buraxmasınlar
Bəzənib-düzənib, geyinib-keçinib gəl, toya buraxmasınlar
Sputnik Azərbaycan
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci... 13.08.2021, Sputnik Azərbaycan
2021-08-13T11:37+0400
2021-08-13T11:37+0400
2021-08-13T11:49+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/42303/64/423036402_0:0:3085:1736_1920x0_80_0_0_fa105df4ddfc4d4557f44f470fad1132.jpg
BAKI, 13 avqust — Sputnik. Avqustun 12-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 30 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 28 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.Qeyd edək ki, ötən gün açıqlanan rəqəmlərə görə, 61 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənliklərin monitorinqi təşkil olunub. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.Həmçinin oxuyun: Toya buraxılmayanların sayı açıqlandıBəylə gəlinin zorən peyvəndlənməsi: Övlad sahibi olacaq gənclərin sağlamlığına zərbəAzərbaycanda toy bumu: Portala minlərlə müraciət daxil olubToy adamları ev adamlarını xərcə saldılarKoronavirus dövründə toy dəvətnamələrini necə tərtib etməli? Yeni tələblər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42303/64/423036402_0:0:2731:2048_1920x0_80_0_0_f251476b4dba39b857759831c8e3f0de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Bəzənib-düzənib, geyinib-keçinib gəl, toya buraxmasınlar
11:37 13.08.2021 (Yenilənib: 11:49 13.08.2021) Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə olunub, 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
BAKI, 13 avqust — Sputnik. Avqustun 12-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 30 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 28 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Qeyd edək ki, ötən gün açıqlanan rəqəmlərə görə, 61 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənliklərin monitorinqi təşkil olunub. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
Bəylə gəlinin zorən peyvəndlənməsi: Övlad sahibi olacaq gənclərin sağlamlığına zərbə
Azərbaycanda toy bumu: Portala
minlərlə müraciət daxil olub
Toy adamları ev adamlarını xərcə saldılar