https://sputnik.az/20210809/Mudafie-naziri-Deniz-Kubokunda-ishtirak-edecek-komandamizin-hazrlighini-yoxlayib-427657735.html
Zakir Həsənov “Dəniz Kuboku”ndakı komandamızın hazırlığını yoxladı
Zakir Həsənov “Dəniz Kuboku”ndakı komandamızın hazırlığını yoxladı
Sputnik Azərbaycan
Ənzəli şəhərində keçiriləcək müsabiqəyə dənizçilərimizin G-122 və G-124 gözətçi gəmilərində qatılması nəzərdə tutulur. 09.08.2021, Sputnik Azərbaycan
2021-08-09T16:10+0400
2021-08-09T16:10+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
nazir
müdafiə
oyunlar
kubok
dəniz
gəmi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/09/427657634_0:50:1200:728_1920x0_80_0_0_c907e3b25af3f37cda560a5b7e5fa149.jpg
BAKI, 9 avqust — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub.Bu barədə Sputnik Azərbayacan-a Müdafiə Nazirliyindən məlumat verilib.Məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Daha sonra müdafiə naziri müsabiqədə iştirak edəcək heyətin təminat və təchizatı, eləcə də ölkəmizi təmsil edəcək gəmilərin və şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.Məruzə edilib ki, avqustun 22-dən İran İslam Respublikasının Ənzəli şəhərində keçiriləcək müsabiqəyə hərbi dənizçilərimizin 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır.Nazir hər zaman müsabiqədə yüksək nəticələr əldə edən hərbi dənizçilərimizə uğurlar arzulayıb və ölkəmizi layiqincə təmsil etmələri üçün onlara müvafiq tapşırıqlar verib.Sonra Müdafiə nazirinə əsaslı təmirdən çıxmış G-121 gözətçi gəmisi təqdim olunub. Qeyd edilib ki, bu gəmi dənizdə düşmən hədəflərinin məhv edilməsi, neft-qaz boru kəmərlərinin mühafizəsi və enerji infrastrukturunun diversiya qruplarından qorunması tapşırıqlarını müvəffəqiyyətlə icra etmə qabiliyyətinə malikdir.G-121 gözətçi gəmisinə baxış zamanı görülən işləri yüksək qiymətləndirən nazir HDQ hərbi qulluqçularının peşəkarlıq səviyyəsinin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verib.Sonda HDQ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.Həmçinin oxuyun:Müdafiə Nazirliyindən əsgər valideynlərinə xəbərdarlıqZakir Həsənov Kəlbəcər və Laçında: tank bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxladıZakir Həsənov anbarların qışa hazırlığını yoxladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/09/427657634_0:12:1200:766_1920x0_80_0_0_721e8be2101cc5b2ac610a36b2a6099e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, nazir, müdafiə, oyunlar, kubok, dəniz, gəmi, azərbaycan
xəbərlər, nazir, müdafiə, oyunlar, kubok, dəniz, gəmi, azərbaycan
Zakir Həsənov “Dəniz Kuboku”ndakı komandamızın hazırlığını yoxladı
16:10 09.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Ənzəli şəhərində keçiriləcək müsabiqəyə dənizçilərimizin G-122 və G-124 gözətçi gəmilərində qatılması nəzərdə tutulur.
BAKI, 9 avqust — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub.
Bu barədə Sputnik Azərbayacan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Daha sonra müdafiə naziri müsabiqədə iştirak edəcək heyətin təminat və təchizatı, eləcə də ölkəmizi təmsil edəcək gəmilərin və şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.
Məruzə edilib ki, avqustun 22-dən İran İslam Respublikasının Ənzəli şəhərində keçiriləcək müsabiqəyə hərbi dənizçilərimizin 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır.
Nazir hər zaman müsabiqədə yüksək nəticələr əldə edən hərbi dənizçilərimizə uğurlar arzulayıb və ölkəmizi layiqincə təmsil etmələri üçün onlara müvafiq tapşırıqlar verib.
Sonra Müdafiə nazirinə əsaslı təmirdən çıxmış G-121 gözətçi gəmisi təqdim olunub. Qeyd edilib ki, bu gəmi dənizdə düşmən hədəflərinin məhv edilməsi, neft-qaz boru kəmərlərinin mühafizəsi və enerji infrastrukturunun diversiya qruplarından qorunması tapşırıqlarını müvəffəqiyyətlə icra etmə qabiliyyətinə malikdir.
G-121 gözətçi gəmisinə baxış zamanı görülən işləri yüksək qiymətləndirən nazir HDQ hərbi qulluqçularının peşəkarlıq səviyyəsinin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Sonda HDQ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Zakir Həsənov Kəlbəcər və Laçında: tank bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxladı