https://sputnik.az/20210808/mudafie-nazirliyinden-esger-valideynlerine-xeberdarliq-427651591.html
Müdafiə Nazirliyindən əsgər valideynlərinə xəbərdarlıq
Müdafiə Nazirliyindən əsgər valideynlərinə xəbərdarlıq
Sputnik Azərbaycan
Bəzi vətəndaşlar pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərini və hərbi hissənin ərazisinə daxilolma qaydalarını kobud şəkildə... 08.08.2021, Sputnik Azərbaycan
2021-08-08T14:46+0400
2021-08-08T14:46+0400
2021-11-17T00:00+0400
azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
cəmiyyət
xəbərlər
müraciət
valideynlər
əsgər
hərbi andiçmə
covid-19
epidemiya
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427042544_0:0:1400:789_1920x0_80_0_0_59bee697d317723e90e355ed4e0f9f3e.jpg
BAKI, 8 avqust — Sputnik. Bazar günü, avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Mərasim zamanı bəzi vətəndaşlar qaydalara riayət etməyiblər.Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla bildirir ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq andiçmə mərasimində əsgər yaxınları ilə şəxsi heyətin görüşləri təşkil edilməyib. Andiçmə mərasimləri Kütləvi İnformasiya Vasitələri tərəfindən işıqlandırılıb, hərbi qulluqçulardan müsahibələr alınıb və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurması üçün şərait yaradılıb.Andiçmə mərasimi bütün hərbi hissələrdə hərbi rituallara uyğun və xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq keçirilib. Bəzi vətəndaşlar pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərini və hərbi hissənin ərazisinə daxilolma qaydalarını kobud şəkildə pozmaqla hərbi hissənin ərazisinə daxil olmağa, əsgərlərlə görüşməyə cəhd ediblər.Hərbi hissə komandanlığı bu cür addımların qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər görüb. Lakin uzaq yerlərdən gələn bəzi valideynlərin israrlı xahişləri və uzaq yol qət etmələri nəzərə alınaraq xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməklə onların öz övladları ilə qısamüddətli görüş keçirmələrinə şərait yaradılıb.Bildiririk ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələblərinə müvafiq olaraq əsgər valideynlərinin və yaxınlarının şəxsi heyətlə görüşlərinə ciddi məhdudiyyətlər tətbiq olunur.Ordu sıralarında COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə hərbi qulluqçuların yaxın ailə üzvləri və qohumlarını ölkə miqyasında və orduda tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyə çağırırıq.Eləcə də oxuyun:Zakir Həsənov Kəlbəcər və Laçında: tank bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxladıNaxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilibİşğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçuların çörək məsələsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427042544_34:0:1350:987_1920x0_80_0_0_8bf62558b07bd1402cdcf34c6ce4b24e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar, xəbərlər, müraciət, valideynlər, əsgər, hərbi andiçmə, covid-19, epidemiya, koronavirus, azərbaycan
azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar, xəbərlər, müraciət, valideynlər, əsgər, hərbi andiçmə, covid-19, epidemiya, koronavirus, azərbaycan
Müdafiə Nazirliyindən əsgər valideynlərinə xəbərdarlıq
14:46 08.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Bəzi vətəndaşlar pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərini və hərbi hissənin ərazisinə daxilolma qaydalarını kobud şəkildə pozmaqla hərbi hissənin ərazisinə daxil olmağa, əsgərlərlə görüşməyə cəhd ediblər.
BAKI, 8 avqust — Sputnik. Bazar günü, avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Mərasim zamanı bəzi vətəndaşlar qaydalara riayət etməyiblər.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla bildirir ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq andiçmə mərasimində əsgər yaxınları ilə şəxsi heyətin görüşləri təşkil edilməyib. Andiçmə mərasimləri Kütləvi İnformasiya Vasitələri tərəfindən işıqlandırılıb, hərbi qulluqçulardan müsahibələr alınıb və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurması üçün şərait yaradılıb.
Andiçmə mərasimi bütün hərbi hissələrdə hərbi rituallara uyğun və xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq keçirilib.
Bəzi vətəndaşlar pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərini və hərbi hissənin ərazisinə daxilolma qaydalarını kobud şəkildə pozmaqla hərbi hissənin ərazisinə daxil olmağa, əsgərlərlə görüşməyə cəhd ediblər.
Hərbi hissə komandanlığı bu cür addımların qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər görüb. Lakin uzaq yerlərdən gələn bəzi valideynlərin israrlı xahişləri və uzaq yol qət etmələri nəzərə alınaraq xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməklə onların öz övladları ilə qısamüddətli görüş keçirmələrinə şərait yaradılıb.
Bildiririk ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələblərinə müvafiq olaraq əsgər valideynlərinin və yaxınlarının şəxsi heyətlə görüşlərinə ciddi məhdudiyyətlər tətbiq olunur.
Ordu sıralarında COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə hərbi qulluqçuların yaxın ailə üzvləri və qohumlarını ölkə miqyasında və orduda tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyə çağırırıq.
Zakir Həsənov
Kəlbəcər və Laçında: tank bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxladı
Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib