https://sputnik.az/20210807/Turkiyeli-nazirler-ilham-eliyeve-tesekkur-etdiler-427645780.html
Türkiyəli nazirlər İlham Əliyevə və bütün Azərbaycan xalqına təşəkkür etdilər
Türkiyəli nazirlər İlham Əliyevə və bütün Azərbaycan xalqına təşəkkür etdilər
Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri Türkiyədə yanğınlarla uğurlu mübarizəni davam etdirirlər. 07.08.2021, Sputnik Azərbaycan
2021-08-07T19:59+0400
2021-08-07T19:59+0400
2021-08-07T20:56+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/08/04/427618169_0:0:3073:1728_1920x0_80_0_0_464f1d738784d45a430af42f584e6791.jpg
BAKI, 7 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirliyin Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb. Görüşdə məsul vəzifəli şəxslər də iştirak edib.E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gəldiyini bildirib. O, FHN-in qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb.Görüşdə iştirak edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd edib, göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərini bildiriblər.Görüşdə həmçinin yanğınlarla daha effektli mübarizə məqsədilə atılacaq addımlar geniş müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.Qeyd edək ki, qardaş ölkəyə göndərilmiş FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup yaxın saatlarda yanğınların söndürülməsi əməliyyatlarına qoşulacaq. Dünən axşam saatlarında təyyarə ilə yola salınmış dördüncü qrup isə artıq əməliyyatlara başlayıb.Xatırladaq ki, FHN-in qüvvələri tərəfindən Muğla vilayətindəki strateji əhəmiyyətli Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının yanğından mühafizəsi davam etdirilir.Türkiyədə meşələrdə 12 yanğından 7-si söndürülübQeyd edək ki, bu gün Türkiyənin cənubundakı meşələrdə 12 yanğın ocağından 7-si söndürülüb.Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya departamentinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsində yazıb.Hazırda 4-ü Muğlada və 1-i Spartada olmaqla, 5 meşə yanğınının söndürülməsi istiqamətində səylər davam edir.Türkiyədə baş verən son meşə yanğınlarında indiyə qədər 8 nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.Həmçinin oxuyun: Yanğınsöndürənlərimiz Türkiyədə təyinat məntəqəsini dəyişməyə məcbur oldularƏrdoğan Azərbaycan Prezidentinə təşəkkür etdiTürkiyədəki meşə yanğınlarının Azərbaycanda da təkrarlanmaması üçün nə etməliXilasedicilərimiz Türkiyənin daha bir bölgəsində yanğını söndürür: Türk nazir minnətdardır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/04/427618169_119:0:2850:2048_1920x0_80_0_0_2d27e2235c6f26ac9c095b7f52da98c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Türkiyəli nazirlər İlham Əliyevə və bütün Azərbaycan xalqına təşəkkür etdilər
19:59 07.08.2021 (Yenilənib: 20:56 07.08.2021) Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri Türkiyədə yanğınlarla uğurlu mübarizəni davam etdirirlər.
BAKI, 7 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirliyin Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb. Görüşdə məsul vəzifəli şəxslər də iştirak edib.
E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş Türkiyə Respublikasına gəldiyini bildirib. O, FHN-in qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb.
Görüşdə iştirak edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd edib, göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərini bildiriblər.
Görüşdə həmçinin yanğınlarla daha effektli mübarizə məqsədilə atılacaq addımlar geniş müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qardaş ölkəyə göndərilmiş FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup yaxın saatlarda yanğınların söndürülməsi əməliyyatlarına qoşulacaq. Dünən axşam saatlarında təyyarə ilə yola salınmış dördüncü qrup isə artıq əməliyyatlara başlayıb.
Xatırladaq ki, FHN-in qüvvələri tərəfindən Muğla vilayətindəki strateji əhəmiyyətli Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının yanğından mühafizəsi davam etdirilir.
Türkiyədə meşələrdə 12 yanğından 7-si söndürülüb
Qeyd edək ki, bu gün Türkiyənin cənubundakı meşələrdə 12 yanğın ocağından 7-si söndürülüb.
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya departamentinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsində yazıb.
Hazırda 4-ü Muğlada və 1-i Spartada olmaqla, 5 meşə yanğınının söndürülməsi istiqamətində səylər davam edir.
Türkiyədə baş verən son meşə yanğınlarında indiyə qədər 8 nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.
Yanğınsöndürənlərimiz Türkiyədə
təyinat məntəqəsini dəyişməyə məcbur oldular
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
Türkiyədəki meşə yanğınlarının Azərbaycanda da təkrarlanmaması üçün nə etməli