Laçın dəhlizində döyüşlər gedir? Müdafiə Nazirliyi son vəziyyət barədə

© Sputnik / Maksim Blinov / Mediabanka keçidГород Лачин Лачинского района Азербайджану
Город Лачин Лачинского района Азербайджану - Sputnik Azərbaycan, 1920, 26.07.2021
Abunə olmaq
Əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçusu qarşılıqlı münasibətlərin pozulması və biri-birinə açılan atəş nəticəsində yaralanıb.

BAKI, 26 iyul — Sputnik. Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçusu qarşılıqlı münasibətlərin pozulması və biri-birinə açılan atəş nəticəsində yaralanıb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.

İyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Həmçinin oxuyun: 

Ermənistan tərəfi Kəlbəcər rayonu ərazisində mövqelərimizi intensiv atəşə tutub

Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN

* Kəlbəcər Ermənistan ərazisindən atəşə tutulub, cavab atəşi ilə susdurulub

* Ağdamdakı bölmələrimiz atəşə tutulub, Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

* Ermənistan Tovuz və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

Xəbər lenti
0