18:45 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov son 3 ildə əlilliyi ləğv olunanların əsas səbəbini açıqlayıb.

BAKI, 9 iyul — Sputnik. Azərbaycanda əlilliyi ləğv olunanların sayı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib ki, əsassız əlillik təyinatının aşkarlanması və ləğv edilməsi ən prioritet məsələlərdən biridir.

Onun sözlərinə görə, son 3 ildə 17 mindən çox əsassız əlillik təyinatı aşkarlanaraq ləğv edilib: "Araşdırmalar həm əlillik təyinatı aparılmış şəxs haqqında müxtəlif dövlət strukturlarından alınan məlumatlar, sənədlər üzərindən, həm də əyani müayinələrlə aparılır. Əsassız təyin edilmiş əlilliklər ləğv edilir”deyə İ. Yusifov bildirib.

O, həmçinin qeyd edib ki, hərbi səbəblə əlaqələndirilmiş əlillik təyinatında xəstəlik və yaxud travma minimum 3-cü dərəcəyə əsas verdiyi halda ona əlillik təyin edilir. Əsas vermirsə, bu zaman hərbi səbəblə əlaqədar əlillik təyinatı verilmir: "İndiki dövrə qədər mütəmadi müayinələr aparılıb.

İndiyədək 840 nəfər müayinə olunub, onlardan 346 nəfərinə əlillik təyinatı aparılıb, 31 nəfər əllillik qərarının dəqiqləşdirilməsi üçün müxtəlif ixtisaslaşmış müayinələrə göndərilib. 463 nəfərə isə müxtəlif səbəblərdən imtina verilib. Onlardan 98 nəfəri tam reabilitasiya olunub, 295 nəfərin diaqnozu əlillik təyinatına uyğun olmayıb. 13 nəfərə daha yüksək əlillik təyinatına imtina verilib və öz əlillik dərəcəsi saxlanılıb. 57 nəfərin müalicəsinin davam etdirilməsi qərarı verilib".

Həmçinin oxuyun: 

* Hərbi səbəblərlə əlaqədar əlillik müddəti bitənlərə təkrar əlillik təyin olunub

* Saxta əlillik dərəcəsi verən bir baş həkim, üç direktor işdən çıxarılıb

* Yeni əlillik təyinatı əvvəlki əlilliyin bitdiyi tarixdən rəsmiləşəcək

* Əlillik qruplarının ləğvi ilə bağlı qanuna dəyişiklik parlamentdə qəbul edildi

Əsas mövzular