01:09 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
27 0 0

Əlilliyin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə tibb müəssisələrində araşdırma aparılıb.

BAKI, 5 iyul — Sputnik. Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın, obyektivliyin təmin edilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən davamlı tədbirlər görülür.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-ci ilin ilk altı ayı ərzində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində Agentlik öz səlahiyyətləri çərçivəsində daxili yoxlamalar aparıb.

Nəticədə bir baş həkim (Sumqayıt şəhəri üzrə 3 nömrəli şəhər poliklinikası), üç direktor (Füzuli, Biləsuvar və Ağcabədi Rayon Mərkəzi Xəstəxanaları) və Həkim Məsləhət Komissiyalarının (Bakı şəhəri üzrə 19 nömrəli Şəhər Poliklinikası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) 12 üzvü vəzifələrinin icrası zamanı yol verdikləri bir sıra ciddi nöqsanlar, əlillik dərəcələrinin müəyyən edilməsi zamanı yol verdikləri qanun pozuntuları səbəbi ilə tutduqları vəzifələrdən azad edilib.

Qeyd edək ki, Agentlik TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə müraciət etmiş şəxslərin əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasının aparılması, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkili, həmçinin Tibbi Sosial Ekspert Komissiyalarına (TSEK) göndərişlərin düzgün verilməsi məqsədilə Həkim Məsləhət Komissiyalarının fəaliyyətinə nəzarət edir.

Əlilliyin qiymətləndirilməsində operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq, bu sahədə işin keyfiyyətini yüksəltmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin verilməsi prosesini tənzimləmək məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq tədbirlər görülür.

Xatırladaq ki, əlilliyin qiymətləndirilməsində operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq və bu sahədə işin keyfiyyətini yüksəltmək məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki 163 tibb müəssisəsi müəyyən olunub. Tibb müəssisələrinin siyahısı müəyyənləşdirilərkən onların imkan və potensialı nəzərə alınıb, maddi-texniki baza və kadr resursları yüksək səviyyədə olanlar əlilliyin qiymətləndirilməsi ilə bağlı göndəriş vermək üçün seçilib. Görülən tədbirlər əlillik dərəcəsinin müəyyən edilməsi üçün tibb müəssisəsinə müraciət edən vətəndaşların müayinələrə əlçatanlığını təmin etməyə, keyfiyyətli tibbi xidmətlər əldə etmələrinə xidmət edir.

Sözügedən tibb müəssisələrinin əlilliyin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) müayinəsinə göndəriş vermək hüququ var.

Bu tibb müəssisələrinin Həkim Məsləhət Komissiyaları əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinətlərin müəyyən edilməsi üçün TSEK-ə göndəriş verə bilər.

Eyni zamanda sözügedən tibb müəssisələrinə əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi, əlillik səbəbinin dəyişdirilməsi, istehsalatda alınmış  zədə və ya sağlamlığın pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələri ilə təmin edilməsi üçün Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil etmək səlahiyyəti verilib. Göndərişdəki xəstəlik vəziyyəti əsasında TSEK tərəfindən əlillik qiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir.

Əsas mövzular