Xəzərə helikopter göndərildi: Rəsmi qurumlar partlayışla bağlı ən son məlumatı açıqladılar

© Photo : Ministry of Emergency Situations of Azerbaijan Republic Xəzərdə yanğının baş verdiyi ərazi
 Xəzərdə yanğının baş verdiyi ərazi - Sputnik Azərbaycan, 1920, 05.07.2021
Abunə olmaq
Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub.

BAKI, 5 iyul - Sputnik. Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşları zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Sputnik Azərbaycan xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyin açıqlamasında bildirilib. Qeyd olunub ki, hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur.

Nazirliyin yaydığı digər açıqlamada bildirilir ki, bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Bildirilib ki, uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur. "Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur", - nazirlikdən bildirilib.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Xəzər dənizində baş vermiş güclü partlayış barədə məlumat yayılıb.
ETSN dənizdə baş verən partlayışla bağlı açıqlama yayıb. Bildirib ki, dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır. Mütəxəssislərin ilkin ehtimalına görə partlayışa səbəb vulkan püskürməsidir".

"4 iyul 2021-ci il tarixində axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirildiyimiz kimi, SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir.

Bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilmişdir. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmamışdır.

Qeyd edək ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə öz sosial şəbəkə hesabında bildirib ki, alovlanma həqiqətən ada üzərində yerləşən palçıq vulkanında baş verib.

"Keçmişdə də bu cür hadisələr müşahidə olmuşdu deyə, geoloqların ilkin ehtimalı da məhz vulkan püskürməsi idi. Dünən bu hələ bir fərziyyə idi, təsdiqini tapmamışdı deyə, ilkin ehtimalı silmək qərarına gəldim. Lakin gecə saatlarında bu artıq hadisə yerində müşahidə olunub və öz təsdiqini tapıb", - deyə o, bildirib. 

Xatırladaq ki, ötən gün axşam saatlarında sosial şəbəkələrdə Xəzər dənizində baş vermiş güclü partlayış barədə məlumat yayılıb. İlkin olaraq bildirilib ki, partlayış Ələt yaxınlığındakı "Ümid" qaz yatağı rayonunda baş verib. Daha sonra SOCAR rəsmiləri dənizdə palçıq vulkanının püskürdüyü ehtimalını irəli sürüblər. 

Yayılan məlumatlar arasında neft tankerinin partladığı barədə xəbər də olub.

Daha ətraflı oxuyun:

* Xəzərdə partlayış: Bu anadək nə məlumdur

* Azərbaycanın palçıq vulkanları: Faktlar və rəqəmlər

Xəzər seysmoloji aktivlik müşahidə olunur: Vulkanın ardınca zəlzələ baş verib

Xəbər lenti
0