Vaşinqtondan Ankaraya növbəti S-400 xəbərdarlığı

© © Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFPS-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli
S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
ABŞ Dövlət Departamentinin rəsmisi deyib ki, onlar Türkiyəni S-400 zenit-raket komplekslərini qəbul etməməyə dair xəbərdar ediblər.

BAKI, 11 iyun — Sputnik. Rəsmi Vaşinqton Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasının neqativ nəticələri barədə Türkiyəyə xəbərdarlıq etməyə davam edir. Bu, Ankaranın NATO üzvü kimi öhdəliklərinə ziddir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib.

"Rusiyanın S-400-ləri NATO avadanlıqları ilə uyğunsuzdur, NATO-nun texnologiyalarının təhlükəsizliyinə təhdiddir. Onlar NATO üzvü kimi Türkiyənin götürdüyü öhdəliklərə uyğun deyil. Biz Türkiyəni bu sistemi qəbul etməməyə dair xəbərdar etmişdik və etməyə də davam edirik", - deyə Prays qeyd edib.

O bildirib ki, Türkiyə NATO-nun əhəmiyyətli üzvüdür, ona görə bu ölkənin S-400-ü təsdiqləməsinin alyans çərçivəsində götürdüyü öhdəliklərə uyğun olmadığını özü anlamalıdır.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Türkiyənin F-35 qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmi şəkildə məlumatlandırıb. Məlumatda bildirilir ki, ABŞ 2007-ci ilin yanvarında imzalanmış F-35-lərin istehsalı üzrə birgə memorandumu ləğv edib.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd F-35 tipli qırıcı almaq öhdəliyi götürmüşdü. Türkiyə, həmçinin F-35-lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

Rusiyanın mövqeyi

Bır sıra beynəlxalq məsələlər üzrə mövqelərdəki fikir ayrılığı Moskva və Ankaraya intensiv siyasi dialoq aparmağa və əməkdaşlığı inkişaf etdirməyə mane olmur.

"Bilirsiniz ki, amerikalılar türklərə təzyiq edirlər, lakin türk tərəfi kifayət qədər ardıcıl olaraq öz mövqeyini müdafiə edir", - Rusiya preizdentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində vurğulayıb.

Öz növbəsində, Rusiya XİN başçısı Sergey Lavrov xatırladıb ki, NATO üzvü olan Türkiyə Vaşinqtonun ciddi təzyiqinə baxmayaraq, artıq müasir S-400 "Triumf" zenit raket kompleksləri sisteminin alınması üzrə iri layihəni reallaşdırıb.

"Beləliklə, mövcud fikir ayrılıqlarını azaltmayaraq, Türkiyə ilə qarşılıqlı fəaliyyəti inkişaf etdirərək bundan sonra da aramızda mövcud olan ümumi maraqlara strateji baxışı əsas götürəcəyik. Əminəm ki, bu həm Rusiya, həm də Türkiyə xalqlarının maraqlarına cavab verir", - Lavrov bildirib.

Putin Türkiyə ilə strateji əməkdaşlıq barədə

"Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı. Belə etibarlı tərəfdaşla işləmək xoşdur".

Bu sözləri Rusiya prezidenti Putin ötən ilin oktyabrında Valday klubunda onlayn çıxışı zamanı deyib.

"Ərdoğan dedi biz bunu reallaşdıracağıq, biz də elədik. Digər sahələrdə əməkdaşlıq edirik. Mən bilirəm ki, Ərdoğan müstəqil xarici siyasət yürüdür. Bütün təzyiqlərə baxmayaraq, biz onunla çox qısa zamanda “Türk axını” layihəsini reallaşdırdıq. Amma Avropa ilə indiyə qədər bunu edə bilmirik, illərdir mövzu çeynənir. Avropa elementar müstəqillik və suveren iradə göstərib ona xeyir gətirəcək "Şimal axını-2" layihəsini reallaşdıra bilmir. Biz öz milli maraqlarımızı başa düşərək Türkiyə ilə bunu tez bir vaxtda elədik", - deyə Putin vurğulayıb.

Rusiya ABŞ-ın Türkiyədən "S-400"-ləri nə məqsədlə almaq istədiyini bilir

ABŞ Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərini hərtərəfli öyrənmək üçün Türkiyədən almaq istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ötən il "Qovorit Moskva" radiostansiyasına açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər üzrə Komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov bildirmişdi.

Onun sözlərinə görə, amerikalılarda Rusiya silahının analoqu yoxdur və "S-400"-ləri "boltlarına" qədər sökərək, özlərinə məxsus bir şey yaratmağa cəhd edəcəklər. Cabarovun fikrincə, Türkiyə Rusiyanın etibarlı tərəfdaşı statusunu qorumaq üçün kompleksləri satmağa razılıq verməyəcək. Əksə halda Türkiyə milə heç kəs belə bir razılaşma imzalamayacaq.

Respublikaçı-senator Con Tyun Türkiyədən Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin alınmasını təklif edib. Bunu 2021-ci il üçün milli müdafiə üçün illik büdcə ayrılmaları və xərclərinə dair qanununa (başqa adı Milli Müdafiə İcazə Aktını (NDAA)) edilən dəyişikliklər göstərir.

Senatorun təklifində Ankaranın buna dair istəyinin və Moskvanın icazəsi olmadan kompleksləri satmaq hüququnun olub-olmaması göstərilmir.

Öz növbəsində, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Cim Riş "CAATSA" qanununa dəyişiklik edərək (Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanun) Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.

Rusiya istehsalı olan "S-400 Triumf" məsələsi 

"S-400 Triumf" Rusiya istehsalı olan qısamənzilli və ortamənzilli zenit raket kompleksidir. Bu sistem bütün müasir və perspektiv hava-kosmik hücum vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.

Həmçinin oxuyun:

ABŞ-da Rusiyanın S-400 raketlərinin "ölümcül" olmasının səbəblərini izah ediblər

Türkiyə daha Rusiyadan S-400 almayacaq? Çavuşoğlu Ankaranın mövqeyini açıqladı

Rusiya dünyanı NATO-nun 8000 qanadlı raketindən müdafiə etməyə qadirdir

Xəbər lenti
0