Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-da Rusiyanın S-400 raketlərinin "ölümcül" olmasının səbəblərini izah ediblər

© © Serbian Presidential Press Service via APЗенитно-ракетный комплекс С-400, фото из архива
Зенитно-ракетный комплекс С-400, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.03.2021
Abunə olmaq
ABŞ-ın sanksiyalar tətbiq edilməsi təhdidinə rəğmən S-400 "Triumf" raketlərini bəzi ölkələr, o cümlədən Hindistan və Türkiyə alır.

BAKI, 20 mart — Sputnik. Rusiyanın S-400 "Triumf" zenit-raket komplekslərinin ölümcül olmasının bir neçə səbəbi var. Sputnik Azərbaycanın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, amerikalı ekspertlər "hərbi-hava qüvvələrinin qatili" adlandırılan bu komplekslər "təyyarələrin, qanadlı və ballistik raketlərin vurulması, habelə yerdəki obyektlərin məhv edilməsi üçün istifadə oluna bilər".

"S-400 raketləri həmçinin 400 km məsafədə və 30 km-ə qədər hündürlükdə, həm də düşmənin intensiv atəş açdığı şəraitdə hədəfləri vurmağa qadirdir", - deyə ABŞ-ın 19FortyFive məcmuəsinin ekspert rəyində bildirilir.

Qeyd olunur ki, ABŞ-ın sanksiyalar tətbiq edilməsi təhdidinə rəğmən S-400 "Triumf" raketlərini bəzi ölkələr, o cümlədən Hindistan və Türkiyə alır.

Ekspertlər onu da bildirirlər ki, adı çəkilən raket kompleksi hazırda həm də iqtisadi və hibrid müharibə alətinə çevrilir. Belə ki, "NATO-nun həlledici üzvü olan Ankara" S-400 "Triumf" raketlərini alıb.

 

Xəbər lenti
0