Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya dünyanı NATO-nun 8000 qanadlı raketindən müdafiə etməyə qadirdir

© Sputnik / Mediabanka keçidРоссийская зенитная ракетная система С-400
Российская зенитная ракетная система С-400 - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
2025-ci ilə qədər Birləşmiş Ştatlar orbitə daha çox kosmik aparat çıxarmaq istəyirlər ki, bununla da X-37 qruplaşmasındakı cihazların sayı 8-ə çatacaq və bu, çox ciddi çağırışdır.

BAKI, 26 may — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Şimali Atlantika alyansının topladığı minlərlə uzaq mənzilli qanadlı raketinin müdafiə və təhlükəsizliklə heç bir əlaqəsi qoydur. Bu həmlə kompleksləri elə əvvəldən təcavüz üçün yaradılıb. Əvvəllər NATO raketləri İraqda, Yuqoslaviyada, Liviyada, Suriyada "böhranları tənzimləyir" və "demokratiya toxumları səpirdilər". Bu gün isə yalnız Rusiyanın qüdrətli raket əleyhinə silahları alyansın Vaşinqton və Brüsseldə təsadüfi seçmə ilə "yaramaz" təyin edilmiş Avrasiya dövlətlərinin ərazisində təcavüzkar hərbi əməliyyatlarının təkrarlanmasının qarşısını alır.

Rusiyanın "Almaz-Antey" müdafiə konserninin baş direktoru Yan Novikov bildirib ki, NATO ölkələri 8000-dən çox yeni qanadlı raket "toplayıblar" ki, bunlar da əsas hava-kosmik hücum silahıdır.

Bundan əlavə ABŞ-ın Yerin orbitindəki məxfi X-37 kosmoplanları göyərtəsində nüvə silahı daşıya bilər:

"Rəsmi cəhətdən bu cihazların müxtəlif elmi məqsədlər və kəşfiyyat üçün yaradıldığı bəyan edilib. Lakin biz başa düşürük ki, bu qədər boş yeri və imkanları olan kiçik aparat, bizim hesablamalarımıza görə, üçə qədər, böyük aparat isə altıya qədər nüvə başlığı daşıya bilər.

2025-ci ilə qədər Birləşmiş Ştatlar orbitə daha çox kosmik aparat çıxarmaq istəyirlər ki, bununla da X-37 qruplaşmasındakı cihazların sayı 8-ə çatacaq və bu, çox ciddi çağırışdır.

Генеральный секретарь НАТО Йенс Столтенберг, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.05.2021
NATO soyuq müharibə istəmir, amma...

Lakin Yan Novikov qeyd edib ki, Rusiya istənilən müasir hava-kosmik hücum vasitələrinin qarşısını ala bilər.

"Almaz-Antey" konserni 30-dan çox çoxfunksiyalı mobil radiolokasiya sistemləri istehsal edir. Belə ki, "Nebo-M" radiolokasiya stansiyası ən yeni, az nəzərə çarpan döyüş təyyarələrini, o cümlədən ABŞ-ın F-22 Raptor və F-35 Lightning II qırıcılarını "görür". Yüksək texnologiyalar əsasında istehsal olunan silahlar silsiləsini dünyada analoqu olmayan S-400 "Triumf" və S-500 "Prometey" hava hücumundan müdafiə - raket hücumundan müdafiə zenit-raket sistemləri davam etdirir. Bu qəbildən olan silahların inkişaf etdirilməsi Rusiya üçün strateji prioritet təşkil edir. Yeni çağırışlar və təhdidlər onlara operativ və səmərəli cavab verilməsini tələb edir. Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında Müdafiə Nazirliyi və müdafiə-sənaye kompleksinin hərbi quruculuq və silahların inkişafına dair birgə iclaslarının növbəti seriyası mayın 25-də başlanır.

Kosmik təhlükə

Uzaq mənzilli qanadlı raketləri KİV-lər ən kiçik detallarına qədər "söküb-yığıb". "US Space Force" X-37 kosmoplanı Yerin atmosferindən kənarda ilk 220 sutkalıq uçuşunu 2010-cu ildə yerinə yetirib, amma yenə də "naməlum" olaraq qalır. Onun imkanları barədə nisbətən az məlumat var. Proqram hələ 2004-cü ildə məxfiləşdirilib və son vaxtlara qədər mütəxəssislər adı çəkilən kosmoplanın hərbi təhlükə kəsb etməsi, yoxsa NASA və DARPA agentliyinin elmi təcrübəsi olması barədə mübahisələr aparırdılar.

Hər dəfə təkrar istifadə edilə bilən PUA-lar buraxıldıqca onların orbitdə qalma müddəti artır. Məsələn, X-37-nin dördüncü səyahəti 718 sutka, beşinci uçuşu isə 780 sutka davam edib.

Символ НАТО - Sputnik Azərbaycan, 1920, 25.03.2021
TƏHLİL
NATO Rusiyadan savayı kimi təhlükə hesab edir

Rəsmi məlumatlara görə, X-37 proqramı bu və ya faydalı məqsədlərə xidmət edən təkrar istifadə olunan pilotsuz kosmik aparatlar sahəsində texnologiyaların təcrübi tətbiqidir. Aparatın uzunluğu 9 metr, qanadının uzunluğu 4,5 metr, start çəkisi 5 tondur və göyərtəsinə 1 tona qədər faydalı yük götürməyə qadirdir (həcmi bir neçə kubmetr olan mərkəzi bölməsinə). Kosmoplan xarici görünüşünə görə SSRİ-nin təkrar istifadə olunmuş "Buran" və ya ABŞ-ın "Space Shuttle" gəmilərini xatırladır.

ABŞ kosmoplanları "Atlas V 501" və "Falcon 9" raket daşıyıcıları vasitəsilə buraxılıb. Yerətrafı orbitin 200-750 km hündürlüklərində kosmoplanlar manevrlər edərək faydalı yüklərini tullayıblar. "Military Watch" məcmuəsi mayın 23-də adı çəkilən aparatın məxfi təyinatını açıqlayıb: "X-37 kosmosdan nüvə zərbəsi endirməyə qadirdir". Bu cür imkanların reallaşdırılması beynəlxalq sazişlərlə qadağan olunur, lakin məcmuə müəllifləri dərhal, elə başlıqda ehtimal olunan hədəfə eyham vurublar: "Rusiya X-37-nin nüvə zərbəsini dəf etməyə qadirdirmi?"

Amerikalılar hesab edirlər ki, gələcəyin potensial müharibəsində ABŞ-a həlledici üstünlüklər verə bilər. Faktiki olaraq, X-37 kosmosun hərbiləşdirilməsi proqramının tərkib hissəsidir və təsadüfi deyil ki, 2019-cu ildə ABŞ rəsmən silahlı qüvvələrin 6-cı növünü – Kosmik qüvvələri yaradıb. Rusiya kosmik təhlükələrə adekvat reaksiya verməyə məcburdur.

Asimmetrik cavab

Adekvat olaraq pilotsuz kosmik qırıcılar donanması yaradılması iqtisadi cəhətdən məqsədəuyğun deyil, halbuki texnoloji cəhətdən bu mümkündür və Rusiyanın bu cür aparatları artıq var. Müasir raket və peyk hücumundan müdafiə sistemlərinin Yerdə yaradılması daha səmərəli və ucuzdur.

Zəruri olduqda Rusiyanın S-500 "Prometey" uzaq mənzilli hiper-səs HHM-RHM sistemi düşmənin kosmik təyyarələrini və peyklərini orbitdə sıradan çıxara bilər. S-500 xüsusiyyətlərinə görə S-400 sistemindən daha güclüdür və 600 km radiusda 25 min km/saat sürətlə uçan hədəflərin, 200 km-ə qədər hündürlükdə hava kosmik hücum vasitələrinin (hətta icad olunmamışların da) vurulmasını təmin edir. Xatırladım ki, S-400 "Triumf" ABŞ-ın beşinci nəsil F-22 və F-35 qırıcılarının döyüş imkanları nəzərə alınmaqla yaradılıb. Belə ki, bu sistemlər 5-60 km hündürlüklərdə, 400 km radiusda hədəfləri vurur.

Latviya Rusiyanın 5G qüllələrinə “müharibə” elan edib - Sputnik Azərbaycan, 1920, 13.02.2021
VİDEO
NATO Rusiya 5G-texnologiyalarına qarşı "müharibə" elan edib

Rusiyanın MiQ-41 ağır qırıcılarının növbəti nəsli ilk növbədə yaxın kosmosda döyüş əməliyyatları üçün işlənib hazırlanacaq.

Bir müddət əvvəl "MiQ" korporasiyasının baş direktoru İlya Tarasenko bildirib ki, texnoloji cəhətdən yeni təyyarə 4-5 Мах-dan iti sürətlə, yəni 6000 km/saatdan böyük sürətlə uçacaq. Hazırda pilot tərəfindən idarə olunan cihaz perspektivdə pilotsuz versiyaya keçirilməsi perspektivi ilə hazırlanır.

Hazırda düşmənin kosmik təyyarələrinin və peyklərinin neytrallaşdırılması üçün Rusiyanın hava-kosmik qüvvələri modernləşdirilmiş MiQ-31-dən istifadə edə bilər. Bu təyyarələr artıq beşinci nəsil təyyarələrin meydana çlxmasına rəğmən dünyada ən əzəmətli hava döyüşçüləri hesab olunur. Belə ki, dördüncü nəslə aid olan MiQ-31 göyərtəsində 9 tona qədər sursat daşımağa və 2,83 Max sürətlə raket silahlarını tətbiq etməyə qadirdir. "Military Watch" məcmuəsinin məlumatına görə, MiQ-31 yaxın kosmosda da öz silahlarını tətbiq etməyə qadirdir.

Rusiyanın mükəmməl HHM-RHM sistemləri və qırıcı aviasiyasının fonunda ABŞ-ın X-37 pilotsuz kosmoplanlarının üstünlüyü aşkar deyil. Belə ki, onlar Yerin orbitində daha zəifdir. ABŞ və NATO-nun qanadlı raketləri isə daha da əlçatan və vurula biləndir, onların sayı isə keyfiyyətdə irəliləməyə zəmanət vermir. Rusiya yüksək texnologiyalara əsaslanan silah sistemlərinin işlənib hazırlanmasında lider olaraq qalır və bununla da dünyada sülhü möhkəmləndirir.

Xəbər lenti
0