CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakını “iniltidən” qurtarmaq lazımdır - "Carfree" gəlməsə, vəziyyətimiz daha pis olacaq

© Sputnik / Murad OrujovДвижение транспорта на одной из центральных улиц Баку, фото из архива
Движение транспорта на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Paytaxtda olan hazırkı vəziyyət "carfree" ərazilərinin yaradılmasını tələb edir. Çünki bəzi mərkəzi ərazilərə artıq avtomobillə girmək mümkünsüz hala gəlib" - Hüseyn Abdullayev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Proqnozlara görə, yaxın 100 ildə avtomobillər şəhər həyatına dominantlıq edəcək, böyük şəhərlərdə rahat hərəkət, təmiz hava almaq imkanı məhdud olacaq. Artıq Çində və Yaponiyada belə hallarla qarşılaşırlar.

Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tıxac, təhsil, yeni tikilən göydələnlər – bunları nə birləşdirir?

Bu gün dünyanın bir sıra aparıcı ölkələri böyük şəhərlərin mərkəzində avtomobillərin, avtobusların, motosikletlərin hərəkətini məhdudlaşdırmaq üçün müxtəlif layihələr hazırlayırlar. Burada əsas məqsəd avtomobillərin havaya tulladığı zərərli qazların həcmini azaldaraq, ekoloji təmizliyi qorumaq, həm də avtomobil qəzaları və ölümlərin sayını azaltmaqdır. Bu layihə çərçivəsində parkinq yerləri və avtomobil dayanacaqları ortadan qaldırılaraq şəhər yüngülləşdirilir, onları yaşıllıqlar, uşaqlar üçün parklar, oyun meydançaları əvəzləyir. Artıq mürəkkəb infrastruktura malik olan bir sıra şəhərlərdə bu layihə icra olunub. Bu şəhərlər sırasında Norveçin paytaxtı Oslo və İspaniyanın paytaxtı Madridi misal çəkmək olar.

Oslo merinin müavini bildirir ki, onlar bununla həm də əhalinin yenidən küçələrə çıxmasını təmin edəcəklər: "Burada məqsədimiz əslində onu göstərməkdir ki, bizim küçələr heç də avtomobillər üçün deyil, əhalinin rahat gəzməsi üçün nəzərdə tutulub".

Mayis Ağayev: “BNA avtomatlaşdırılmış parklanma sistemi quracaq”>>

Azərbaycanda necə, bu təcrübəni reallaşdırmaq mümkündür? Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təkmil şəkildə işləyən ictimai nəqliyyat sektorunda bu cür mexanizmlər tətbiq olunur. Nəticədə ictimai nəqliyyat sektorunda təmsil olunan nəqliyyat növləri bir-birinə inteqrasiya olunur: "Lakin Azərbaycanda bu baş verərsə, nə ola bilər? Əsas yaranan sual budur ki, bir nəfər ünvan başına çatmaq üçün bir neçə nəqliyyat dəyişməlidir, yoxsa bir? Dünyadakı praktikaya görə, əsasən bir, yaxud da iki marşrutdan istifadə etməklə təyinat ünvanına çatmaq effektiv hesab edilir. Lakin bu məsələ mexaniki olaraq həllini tapa bilməyəcək".

"Bunun üçün kompleks yanaşmaya və bir-birinə inteqrasiya olunan nəqliyyat növlərinə ehtiyac var. Bundan başqa, insanlar şəhərə avtomobilsiz daxil olmaq üçün onu mühafizə olunan yerdə saxlamalıdırlar. Bu isə o deməkdir ki, avtomobillərin mühafizəsi üçün də müəyyən yerlər olmalıdır. Bir ünvana çatmaq üçün 3 marşrutun dəyişilməsi isə artıq düzgün deyil", - deyə həmsöhbətimiz bildirir.

O qeyd edir ki, bir-birinə inteqrasiya olunmuş ictimai nəqliyyat sektoru da əhalinin cibinə uyğun, onlar üçün sərfəli olmalıdır: "Bundan başqa, nəqliyyatlararası vaxt itkisi də minimuma endirilməlidir".

Паркомат в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda avtomobil parklama yerləri pulsuz olacaq

Ekspert Hüseyn Abdullayev də bildirib ki, bu gün bir çox ölkələr avtomobil istifadəsini azaltmağı qarşılarına məqsəd qoyublar: "Bunun üçün həmin ölkələr yeni termin yaradıblar – piyadalaşma, yaxud da ingiliscə desək, "carfree" ərazilər formalaşdırırlar. Bakıda da bunu etmək mümkündür. Paytaxtda olan hazırkı vəziyyət "carfree" ərazilərinin yaradılmasını tələb edir. Çünki bəzi mərkəzi ərazilərə artıq avtomobillə girmək mümkünsüz hala gəlib. Mərkəzi ərazilərdə piyadalaşma olsa, həmin ərazilərin potensialını artırmaq olar. Təbii ki, bunun üçün ictimai nəqliyyat daha effektiv işləməlidir. Belə olan halda çox adam avtomobildən imtina edərək ictimai nəqliyyatdan istifadə edəcək. Əks halda isə əhalinin mobilliyi azalacaq. Bunun üçün tramvayların yenidən şəhərə qayıtması da müsbət ideya kimi dəyərləndirilə bilər".

Qeyd edək ki, paytaxtda 80 ilə yaxın tarixi olan tramvay xətlərinin yenidən bərpası nəzərdə tutulur. Məlumatlara görə, artıq Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr aparılır.

Xəbər lenti
0