13:45 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
601

Əflatun Amaşob Azərbaycan mediasının Türkiyənin legitim hakimiyyətini dəstəklədiyini bildirib, qardaş ölkənin dövlətçilik maraqlarının təhdid olunmasının yolverilməzliyini vurğulayıb

BAKI, 20 iyul — Sputnik. Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Türkiyənin Azərbaycandakı Səfirliyində olublar.

MŞ-dan Sputnik-ə verilən məlumata görə, Ə.Amaşov Türkiyədə dövlət çevrilişinə cəhd gedişində çoxsaylı insan tələfatı ilə müşaiyət olunan hadisələrdən təəsüfləndiyini bildirib, kədərini ifadə edərək başsağlığı verib. MŞ sədri Azərbaycan xalqı kimi, Azərbaycan mediasının da Türkiyənin legitim hakimiyyətini dəstəklədiyini bildirib, qardaş ölkənin dövlətçilik maraqlarının təhdid olunmasının yolverilməzliyini vurğulayıb.

Ə.Amaşov və Türkiyənin Azərbaycandakı Səfiri İsmail Alper Çoşkun Azərbaycan və Türkiyənin möhkəm təməllərə əsaslanan dostluq, qardaşlıq, strateji müttəfiqlik münasibətlərinin bu günkü durumu, həmçinin hər iki ölkə mediasının perspektiv əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.

Əlaqədar

Türkiyə səfirini güllələdilər
Pakistanın Azərbaycandakı yeni səfiri bəlli oldu
İsveçin Azərbaycandakı səfiri Şəkidə səfərdədir
ABŞ səfirliyi qarşısında terror şoku
Nazir səfiri qəbul edib
Keçmiş səfir Azərbaycanın "qara siyahı"sına düşəcək
Teqlər:
İsmail Alper Çoşkun, Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondu, , Azərbaycan Mətbuat Şurası, Əflatun Amaşov, Milli Məclis, Türkiyə, Azərbaycan

Əsas mövzular