CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mətbuat Şurasının sədri Türkiyə səfiri ilə görüşüb

© Photo : Mətbuat ŞurasıMətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub
Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub - Sputnik Azərbaycan
Abunə olmaq
Əflatun Amaşob Azərbaycan mediasının Türkiyənin legitim hakimiyyətini dəstəklədiyini bildirib, qardaş ölkənin dövlətçilik maraqlarının təhdid olunmasının yolverilməzliyini vurğulayıb

BAKI, 20 iyul — Sputnik. Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Türkiyənin Azərbaycandakı Səfirliyində olublar.

Bakı sakinləri türk səfirliyinin qarşısına yığışdılar - Sputnik Azərbaycan
VİDEO
Bakı sakinləri türk səfirliyinin qarşısına yığışdılar

MŞ-dan Sputnik-ə verilən məlumata görə, Ə.Amaşov Türkiyədə dövlət çevrilişinə cəhd gedişində çoxsaylı insan tələfatı ilə müşaiyət olunan hadisələrdən təəsüfləndiyini bildirib, kədərini ifadə edərək başsağlığı verib. MŞ sədri Azərbaycan xalqı kimi, Azərbaycan mediasının da Türkiyənin legitim hakimiyyətini dəstəklədiyini bildirib, qardaş ölkənin dövlətçilik maraqlarının təhdid olunmasının yolverilməzliyini vurğulayıb.

Ə.Amaşov və Türkiyənin Azərbaycandakı Səfiri İsmail Alper Çoşkun Azərbaycan və Türkiyənin möhkəm təməllərə əsaslanan dostluq, qardaşlıq, strateji müttəfiqlik münasibətlərinin bu günkü durumu, həmçinin hər iki ölkə mediasının perspektiv əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0