Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakı sakinləri türk səfirliyinin qarşısına yığışdılar

Abunə olmaq
Bu gün səhərdən Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşan Bakı sakinləri Ankara və İstanbulda baş verən dövlət çevrilişinə cəhd zamanı həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verirlər. Sputnik Azərbaycanın sorğusu:

Türkiyə səfirliyinin qarşısına toplaşan vətəndaşlar Ankara və İstanbulda baş verən dövlət çevrilişi cəhdlərini qətiyyətlə pisləyir və Türkiyə vətəndaşlarını "Biz bir millət — iki dövlətik" şüarı ilə dəstəkləyirlər.

"Günahsız insanların həlak olması olduqca acınacaqlı haldır. Mən onların ailələrinə və yaxınlarına baş sağlığı verirəm. Dəqiq bilirəm ki, əsl türk hərbiçiləri heç zaman öz ölkəsinin dinc əhalisinə qarşı güllə atmazdılar", — deyə Azərbaycan əsilli Türkiyə vətəndaşı bildirir.

Xatırladaq ki, ötən gecə 46 yüksək çinli hərbiçilərin rəhbərliyi ilə Türkiyədə dövlət çevrilişinə cəhd olub. Cəhdin qarşısı alınsa da, nəticədə 90 nəfər həlak olub, 1,5 minə yaxın adam yaralanıb. İş üzrə ilkin olaraq 1563 nəfər həbs edilib.

 

Xəbər lenti
0