CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda su qıtlığı məsələsi bir kommersiya oyunudur - Ekoloq

© Sputnik / Elvin AhmadВодопроводный кран, фото из архива
Водопроводный кран, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.09.2021
Abunə olmaq
Ekoloq Telman Zeynalov bütün dünyada olduğu kimi, Azərbaycanda da kommersiya oyunlarının davam etdiyini və bunun fonunda mağazalarda suyun qiymətinin qalxdığını deyib
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanın nə zamansa su qıtlığı ilə üzləşə biləcəyini heç kəs proqnozlaşdıra bilməz.
Bu barədə ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvi Telman Zeynalov Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində Facebook vasitəsilə canlı yayımda çıxışı zamanı deyib.
"Azərbaycanın 3 tərəfi dağdır, digər tərəfi isə dənizdir. Nə zaman Azərbaycan su qıtlığı ilə üzləşəcək, kimsə bunu deyə bilərmi? Bütün bunlar dünyada davam edən kommersiya oyunlarının bir tərkib hissəsidir", - deyə Zeynalov bildirib.
O, bütün dünyada olduğu kimi, Azərbaycanda da kommersiya oyunlarının davam etdiyini və bunun fonunda mağazalarda suyun qiymətinin qalxdığını deyib:
"Ölkə başçısı əmr verirdi ki, 30-40 artezian quyusu qazılsın. Belə çıxır ki, ölkə başçısı bizim tapdağımız altında su olduğunu bilir, o birilər bilmir?! Yalandan məlumat yazırlar ki, Azərbaycanda su qıtlığı olacaq. Mağazalarda satılan suyun qiyməti də qalxır. Buna nəzarət hanı? Bütün bu oyunlar kommersiya üzərində qurulub".
Eləcə də oxuyun:
Vüqar Kərimov: “Azərbaycanda içməli su ilə bağlı elə bir ciddi problemlər yoxdur
Deputatın 200 milyon avronun havaya sovrulması fikrinə "Azərsu"dan əsaslandırma
Dövlət qurumundan SOS: Qlobal istiləşmə Azərbaycanın su təsərrüfatını vurub
Su qıtlığı problemi qapımızı döyərkən - Sular tullantılardan necə təmizlənir?
Deputat Gəncədəki su qıtlığı ilə bağlı Baş Prokurorluğa müraciət edib
Həyatı yerin altında axtaraq - içməli su barədə qorxunc proqnozlar gəlir
İranda su üstündə iğtişaşlar davam edir: Ölən və yaralananlar var
Xəbər lenti
0