CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekoloqdan ağacları kəsənlərlə bağlı nazirliyə qeyri-adi təklif

© Sputnik / Ibrahim HashimovŞəkidə kəsilmiş ağac
Şəkidə kəsilmiş ağac - Sputnik Azərbaycan, 1920, 16.09.2021
Abunə olmaq
Ekoloq Telman Zeynalov meşə sahələrində ağacların qırılmasının qarşısını almaq üçün ETSN-nə təklif verib.
 
BAKI, 16 sentyabr — Sputnik. Ermənilər Qarabağı işğal edəndən sonra xarici şirkətlər bizim əlvan metallarımızı, qızıllarımızı, meşələrimizi talayıblar, çinar və digər ağaclardan çalğı alətləri düzəltmək üçün istifadə ediblər.
Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvi Telman Zeynalov bu barədə Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində Facebook vasitəsilə canlı yayımda çıxışı zamanı bildirib.
O, hazırda Azərbaycanda meşələrin sayının artması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərək bəzi rəqəmlərin səhv olduğunu söyləyib:
"Deyirlər ki, Azərbaycanda meşə zolaqları artıb, ərazinin 12 faizi meşə sahəsidir. Bu, tamamilə yanlışdır. O vaxt mərhum ekoloq Həsən Əliyev demişdi ki, Azərbaycanın 11 faizi meşə örtüyü ilə təmin olunub. Azərbaycanda oksigen qıtlığı var və bundan xilas olmaq üçün ərazinin 1/3-i meşə örtüyü olmalıdır".
T.Zeynalov yaşıllıqlara yüz minlərlə sərmayənin qoyulduğunu, lakin onlara qulluq edilmədiyini deyib:
"Niyə havalar isinən kimi ağaclar qurumağa başlayır? Çünki ETSN-in monitorinq qrupu nəzarəti çox zəif həyata keçirir. Görüşəndə deyirlər ki, biz ağacları kəsənləri, qurumasına səbəb olanları cərimə edirik. Onların cərimələri bizim nəyimizə lazımdır?! Həmin şəxsləri məcbur etmək lazımdır ki, meşə zolaqları salsınlar".
Eləcə də oxuyun:
Xəzər quruyacaq? Ekoloq şok iddiaya aydınlıq gətirdi
Azərbaycanda su qıtlığı məsələsi bir kommersiya oyunudur - Ekoloq
Ekspert Azərbaycanda torpaqların şoranlaşmasının səbəblərini izah edir
Oxçuçayın çirkləndirilməsi məsələsi BMT-də qaldırıldı
Xəbər lenti
0