https://sputnik.az/20210824/covid-pasportu-olmayanlarin-sayi-427763972.html
Toya gedirdilər, çatmadılar
Toya gedirdilər, çatmadılar
Sputnik Azərbaycan
Ötən gün monitorinq səkkiz şadlıq sarayında, üç şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. 24.08.2021, Sputnik Azərbaycan
2021-08-24T11:06+0400
2021-08-24T11:06+0400
2021-11-17T00:02+0400
xəbərlər
azərbaycanda toylar
cəmiyyət
toy
covid-19
covid-19 pasportu
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427519362_0:257:2731:1793_1920x0_80_0_0_9b00c2fa07960d46818acccc73127252.jpg
BAKI, 24 avqust — Sputnik. Bazar ertəsi, avqustun 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 11 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 8 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 66 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.Qeyd edək ki, iyunun 1-dən 20 avqust tarixinədək 4865 toyun monitorinqi keçirilib. Monitorinqlər zamanı vəziyyət o qədər də ürəkaçan olmayıb. Müəyyən sahibkarlıq subyektləri və vətəndaşlar normaları pozublar. Bu dövrdə 38 nəfər həbs edilib. 2366 nəfərə inzibati tənbeh tətbiq edilib. 27 nəfər barəsində materiallar məhkəməyə göndərilib. 31 nəfər barəsində cinayət işi başlanılıb.Bu müddətdə restoran, ictimai iaşə obyektlərində 46 min 899 nəfər COVID-19 pasportu olmadan məclisdə iştirak etmək istəyib, lakin monitorinq qrupu tərəfindən aşkarlanaraq məclislərə buraxılmayıb. Onların arasında potensial COVID-19 xəstələri də olub.Eləcə də oxuyun:"COVID-19” pasportun yoxdursa, şənliyə getmə! - STATİSTİKASənət adamları Operativ Qərargahın qərarına üsyan etdilər: Çörçili yada salan da varToyların sayı azalsa da, hələ də qapı arxasında qalanlar varToy günü qapı arxasında qalanların sayı açıqlandı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427519362_0:0:2731:2048_1920x0_80_0_0_8b9a4339de278f689e59c3af990cb0a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycanda toylar, toy, covid-19, covid-19 pasportu, azərbaycan
xəbərlər, azərbaycanda toylar, toy, covid-19, covid-19 pasportu, azərbaycan
Toya gedirdilər, çatmadılar
11:06 24.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Ötən gün monitorinq səkkiz şadlıq sarayında, üç şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
BAKI, 24 avqust — Sputnik. Bazar ertəsi, avqustun 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 11 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən
Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 8 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 66 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Qeyd edək ki, iyunun 1-dən 20 avqust tarixinədək 4865 toyun monitorinqi keçirilib. Monitorinqlər zamanı vəziyyət o qədər də ürəkaçan olmayıb. Müəyyən sahibkarlıq subyektləri və vətəndaşlar normaları pozublar. Bu dövrdə 38 nəfər həbs edilib. 2366 nəfərə inzibati tənbeh tətbiq edilib. 27 nəfər barəsində materiallar məhkəməyə göndərilib. 31 nəfər barəsində cinayət işi başlanılıb.
Bu müddətdə restoran, ictimai iaşə obyektlərində 46 min 899 nəfər COVID-19 pasportu olmadan məclisdə iştirak etmək istəyib, lakin monitorinq qrupu tərəfindən aşkarlanaraq məclislərə buraxılmayıb. Onların arasında potensial COVID-19 xəstələri də olub.
Sənət adamları O
perativ Qərargahın qərarına üsyan etdilər: Çörçili yada salan da var