https://sputnik.az/20210816/Rsmi-Bak-Hazrda-fqanstanda-mlki-azrbaycanl-yoxdur-427707679.html
Rəsmi Bakı: "Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur"
Rəsmi Bakı: "Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur"
Sputnik Azərbaycan
XİN-dən bildiriblər ki, İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunsa da, hələ ki Əfqanıstana getməyib. 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T11:31+0400
2021-08-16T11:31+0400
2021-11-17T00:01+0400
cəmiyyət
xəbərlər
siyasət
azərbaycan xin
əfqanıstan
mülki şəxs
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/10/427708823_0:467:2762:2029_1920x0_80_0_0_1812668948b858d5251d461eb0d7907a.jpg
BAKI, 16 avqust — Sputnik. Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur. Azərbaycanlı sülhməramlılar isə isə öz missiyalarını davam etdirirlər.Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.Leyla Abdullayeva xatırladıb ki, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub: "Təyinatından sonra səfir İlham Məmmədov hələ ki Əfqanıstana getməyib".Qeyd edək ki, son həftə ərzində "Taliban" hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Döyüşçülər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qani prezidentlikdən istefa verərək ölkəni tərk edib.Eləcə də oxuyun:Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarımız barədə məlumat yaydıƏfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublarƏfqanıstan prezidenti Tacikistana uçubƏfqanıstanda baş verənlər regionu hansı təhlükələrlə üz-üzə qoyur – ekspert şərhi
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/10/427708823_0:312:2762:2048_1920x0_80_0_0_0d0768abb3545ab8d27fe740a3667dbc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan xin, əfqanıstan, mülki şəxs, dünya, azərbaycan
xəbərlər, azərbaycan xin, əfqanıstan, mülki şəxs, dünya, azərbaycan
Rəsmi Bakı: "Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur"
11:31 16.08.2021 (Yenilənib: 00:01 17.11.2021) XİN-dən bildiriblər ki, İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunsa da, hələ ki Əfqanıstana getməyib.
BAKI, 16 avqust — Sputnik. Hazırda Əfqanıstanda mülki azərbaycanlı yoxdur. Azərbaycanlı sülhməramlılar isə isə öz missiyalarını davam etdirirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Leyla Abdullayeva bildirib.
Leyla Abdullayeva xatırladıb ki, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub: "Təyinatından sonra səfir İlham Məmmədov hələ ki Əfqanıstana getməyib".
Qeyd edək ki, son həftə ərzində "Taliban" hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Döyüşçülər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qani prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Əfqanıstanda son vəziyyət - taliblər prezident sarayına daxil olublar