https://sputnik.az/20210814/Uc-rayonun-iase-muessiseleri-cerimelenib-427695983.html
Üç rayonun iaşə müəssisələri cərimələnib
Üç rayonun iaşə müəssisələri cərimələnib
Sputnik Azərbaycan
Balakən, İmişli, Şamaxı rayonlarında olan bir sıra iaşə obyektlərində yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb. 14.08.2021, Sputnik Azərbaycan
2021-08-14T19:56+0400
2021-08-14T19:56+0400
2021-11-17T00:01+0400
xəbərlər
azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
cəmiyyət
kafe
restoran
karantin
toy
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42435/74/424357435_0:108:3145:1877_1920x0_80_0_0_497b83fa26000efdcfc8a6baeb4fb8a4.jpg
BAKI, 14 avqust — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şəhər ərazisində yerləşən "Grand Palace" şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.Sputnik Azərbaycan xəbər verir ki, yoxlama zamanı şadlıq sarayında keçirilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib. Karantin qaydalarını pozmaqla infeksiyanın yayılmasına şərait yaradan obyektin sahibi Şamil Qebeyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.Qeyd edək ki, bir müddət öncə də həmin şadlıq sarayında keçirilən toy mərasiminda karantin qaydaları pozulduğu üçün Ş.Qebeyev inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişdi.İmişlidə karantin qaydalarına zidd fəaliyyət göstərən çay evləri aşkarlanıb. İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən "Relax" və "Playstation club" çay evlərində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halları aşkarlanıb. Qaydaların pozulduğu obyektlərin sahibləri ilə profilaktik söhbətlər aparılıb və onlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.Hər iki obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar inzibati qaydada məsuliyyətə olunublar.Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şadlıq saraylarında keçirilən yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb. Şəhər ərazisində yerləşən "Bəyaz Palace" şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların "icaze.e-gov.az"portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Şəfi Bəkdəmirov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.Eləcə də oxuyun:"Səadət" sarayında rəzalətBəzənib-düzənib, geyinib-keçinib gəl, toya buraxmasınlarKafe sahibi müştərilərə etdiyi təklifə görə həbs edildi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/74/424357435_156:0:2887:2048_1920x0_80_0_0_c8fc1d0e7ff857be07fe448087a18b8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar, kafe, restoran, karantin, toy, azərbaycan
xəbərlər, azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar, kafe, restoran, karantin, toy, azərbaycan
Üç rayonun iaşə müəssisələri cərimələnib
19:56 14.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Balakən, İmişli, Şamaxı rayonlarında olan bir sıra iaşə obyektlərində yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.
BAKI, 14 avqust — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şəhər ərazisində yerləşən "Grand Palace" şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, yoxlama zamanı şadlıq sarayında keçirilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib. Karantin qaydalarını pozmaqla infeksiyanın yayılmasına şərait yaradan obyektin sahibi Şamil Qebeyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, bir müddət öncə də həmin şadlıq sarayında keçirilən toy mərasiminda karantin qaydaları pozulduğu üçün Ş.Qebeyev inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişdi.
İmişlidə karantin qaydalarına zidd fəaliyyət göstərən çay evləri aşkarlanıb. İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən "Relax" və "Playstation club" çay evlərində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halları aşkarlanıb. Qaydaların pozulduğu obyektlərin sahibləri ilə profilaktik söhbətlər aparılıb və onlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Hər iki obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar inzibati qaydada məsuliyyətə olunublar.
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şadlıq saraylarında keçirilən yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb. Şəhər ərazisində yerləşən "Bəyaz Palace" şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların "icaze.e-gov.az"portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Şəfi Bəkdəmirov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.