https://sputnik.az/20210812/Kafe-sahibi-mushterilere-etdiyi-teklife-gore-hebs-edildi-427681859.html
Kafe sahibi müştərilərə etdiyi təklifə görə həbs edildi
Kafe sahibi müştərilərə etdiyi təklifə görə həbs edildi
Sputnik Azərbaycan
"Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar ediblər. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə... 12.08.2021, Sputnik Azərbaycan
2021-08-12T16:13+0400
2021-08-12T16:13+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
hadisə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42288/43/422884351_0:0:3089:1739_1920x0_80_0_0_2420042c5a7e72fdb010f1786f0dc9ef.jpg
BAKI, 12 avqust — Sputnik. Qaradağ rayonu Lökbatan qəsəbəsində müştərilərə qəlyan təklif edən daha bir kafe sahibi həbs edilib.Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən daha bir kafe aşkarlanıb. Rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsində yerləşən "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar ediblər. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Emin Məmmədov 8 sutka inzibati qaydada həbs edilib.Ötən gün də Qaradağ rayonunda bənzər hadisə yaşanmışdı. Belə ki, rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsi yerləşən "Club-85" adlı kafenin sahibi Burhan Məmmədzadənin müştərilərə qəlyan verdiyini aşkar edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Burhan Məmmədzadə 10 sutka inzibati qaydada həbs edilib.Paytaxtın Qaradağ rayonunda karantin qaydalarını pozan şadlıq sarayının rəhbəri də həbs olunub. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı rayonun Ələt qəsəbəsində yerləşən "Nərmin" şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkar olunub.Yoxlama zamanı altı nəfərin vaksin olunmadığı müəyyən edildiyindən onlar toya buraxılmayıb. Təyin edilən toy mərasimi "icazə.gov.az" portalında qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 180 nəfərin iştirak etməsi aşkar edilib. Buna görə də həmin şadlıq sarayının sahibi Malik Xəlilov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğu üçün onun barəsində Qaradağ Rayon Polis İdarəsində toplanmış material rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib.Həmçinin oxuyun:Qaz vurub pul yığanlar: Günə 500-700 manatı necə qazanmaq olar?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42288/43/422884351_242:0:2971:2047_1920x0_80_0_0_b9aacbb6f7184fb4dbc729f097d805c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Kafe sahibi müştərilərə etdiyi təklifə görə həbs edildi
16:13 12.08.2021 (Yenilənib: 00:00 17.11.2021) "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar ediblər. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
BAKI, 12 avqust — Sputnik. Qaradağ rayonu Lökbatan qəsəbəsində müştərilərə qəlyan təklif edən daha bir kafe sahibi həbs edilib.
Daxili İşlər Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən daha bir kafe aşkarlanıb. Rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsində yerləşən "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar ediblər. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Emin Məmmədov 8 sutka inzibati qaydada həbs edilib.
Ötən gün də Qaradağ rayonunda bənzər hadisə yaşanmışdı. Belə ki, rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsi yerləşən "Club-85" adlı kafenin sahibi Burhan Məmmədzadənin müştərilərə qəlyan verdiyini aşkar edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Burhan Məmmədzadə 10 sutka inzibati qaydada həbs edilib.
Paytaxtın Qaradağ rayonunda karantin qaydalarını pozan şadlıq sarayının rəhbəri də həbs olunub. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı rayonun Ələt qəsəbəsində yerləşən "Nərmin" şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkar olunub.
Yoxlama zamanı altı nəfərin vaksin olunmadığı müəyyən edildiyindən onlar toya buraxılmayıb. Təyin edilən toy mərasimi "icazə.gov.az" portalında qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 180 nəfərin iştirak etməsi aşkar edilib. Buna görə də həmin şadlıq sarayının sahibi Malik Xəlilov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğu üçün onun barəsində Qaradağ Rayon Polis İdarəsində toplanmış material rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib.