01:43 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
1014 0 0

Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaq, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməyi unutmamaq tövsiyə edilir.

BAKI, 13 avqust — Sputnik. Avqustun 13-də biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər bu gün saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Vakansiya seçiminin başlaması

Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimi 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsi 11 avqust saat 12:00-da başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, vakansiya seçimi Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə həyata keçirilir. Seçimlərdə müvafiq fənlər üzrə 30 və daha yüksək bal toplamış şəxslər iştirak edə bilərlər.

Namizədlər 14 avqust saat 11:59-dək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaq, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməyi unutmamaq tövsiyə edilir.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Eləcə də oxuyun:

Teqlər:
müəllim, vakansiya, seçim

Əsas mövzular