Hamını Bakıda işə götürə bilmərik - Emin Əmrullayev vakansiyalar məsələsini şərh edib

© Sputnik / Murad OrujovМинистр образования Азербайджанской Республики Эмин Амруллаев
Министр образования Азербайджанской Республики Эмин Амруллаев - Sputnik Azərbaycan, 1920, 10.08.2021
Abunə olmaq
Nazirin sözlərinə görə, müəllim olmaq istəyən namizədlərin heç də hamısı işsiz deyil. Bununla belə, hamının Bakıda işləmək arzusunu da yerinə yetirmək imkansızdır.
BAKI, 10 avqust - Sputnik. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev müəllimlər üçün vakansiyaların gizlədilməsi barədə vaxtaşırı sosial şəbəkədə yayılan söhbətləri şərh edib. O, vətəndaşları belə hallarla bağlı Nazirliyi məlumatlandırmağa çağırıb.
"Təhsil Nazirliyi vakansiyaları hər zaman göstərir və bu çap ediləcək. Əgər düşünürsünüz ki, kimsə hansısa vakansiyalarla bağlı məlumatları gizlədir, onda həmin məlumatları bizə göndərə bilərsiniz", - nazir deyib.
Emin Əmrullayev bildirib ki, vakant yerlərin sayını hər il artırmaq mümkündür:
"Vakansiyalar fənlər üzrə də fərqlənə bilər. Əvvəllər birinci sinfə şagird qəbulu çox olsa da, bu gün bu göstərici aşağı düşür. Ona görə də ola bilsin ki, növbəti illərdə ibtidai siniflər üzrə vakansiya sayı aşağı düşə bilər".
Nazirin sözlərinə görə, müəllim olmaq istəyən namizədlərin heç də hamısı işsiz deyil. Bununla belə, hamının Bakıda işləmək arzusunu da yerinə yetirmək imkansızdır.
"Bizi də başa düşmək lazımdır ki, hamını Bakıda işə götürə bilmərik. Kənd məktəblərinin sayı kifayət qədərdir və həmin yerlərə də müəllim göndərmək lazımdır. Bəllidir ki, bəzi xanımların ailəvi məsələlərə görə ora getməsində müəyyən problemlər yaranır", - deyə nazir əlavə edib. 
Həmçinin oxuyun:
Risk olsa, bölgədəki məktəblər də distant təhsilə keçəcək - Emin Əmrullayev
Emin Əmrullayev peyvənd olunan müəllimlərin sayını açıqladı
Xəbər lenti
0