CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərin daha bir qrupu özünə iş yeri seçə biləcək

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Abunə olmaq
Namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
 
BAKI, 9 avqust — Sputnik. Avqustun 10-u saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.
Namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev mətbuat konfransında bildirib ki, Müəllimlərin İşə Qəbul İmtahanlarında (MİQ) 60 minə yaxın namizəd qeydiyyatdan keçsə də, MİQ imtahanlarında 46 930 nəfər iştirak edib.
Eləcə də oxuyun:
Avqustun 11-də növbəti imtahanlar keçiriləcək
Vaksin olunmayan valideynlərin uşaqları məktəbə buraxılmayacaq? Nazirlik aydınlıq gətirdi
Müəllim olmaq istəyənlər üçün son gün
Xəbər lenti
0