Yeni sistemin gözəlliyi: Əlillik təyinatı almaq üçün məmurlarla təmasa ehtiyac qalmadı

© AP Photo / Esteban FelixЧеловек с ограниченными возможностями, фото из архива
Человек с ограниченными возможностями, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, "Əlillik" altsistemi üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

BAKI, 13 iyul — Sputnik. Əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir. Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ümumilikdə 21525 şəxsə əlillik təyin edilib. 

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 7018 nəfərə ilkin, 14507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68% artıb.

Həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub. Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, "Əlillik" altsistemi üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

25.06.2021

Yeni əlillik təyinatı əvvəlki əlilliyin bitdiyi tarixdən rəsmiləşəcək

Milli Məclisin iyunun 25-də keçirilən iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanuna yeni maddə əlavə edilir. Həmin maddəyə görə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək. Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.

"Əmək pensiyaları haqqında" qanuna da müvafiq dəyişiklik edilir.

Təklif edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılır. Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa ediləcək.

Qeyd edək ki, mövcud qanuna görə, şəxsin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir. Eyni zamanda təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə, bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənilir. Təkrar müayinə zamanı əlilliyi olan şəxs başqa əlillik dərəcəsinə keçirildikdə, bir aydan çox olmayan müddət üçün əmək pensiyası əvvəlki dərəcə üzrə ödənilir.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0