CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı məktəblərində yeni tədris ilinə hazırlıq aparılır

© AP Photo / Darko VojinovicПустой школьный класс, фото из архива
Пустой школьный класс, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Ehtiyac olan ərazilərdə səkkiz yeni məktəb inşa olunur, onlardan beşində tikinti işləri artıq yekunlaşıb.
BAKI, 3 avqust — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki yeddi ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan əlavə, ehtiyac olan ərazilərdə səkkiz yeni məktəb inşa olunur. Onlardan beşində tikinti işləri artıq yekunlaşıb.
Hazırda 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 71 və 307 nömrəli tam orta məktəblərin köhnə korpuslarının əsaslı təmiri və yeni korpusun tikintisi, 320 nömrəli tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirmə işləri davam edir.
Bundan əlavə, 87 nömrəli tam orta məktəbin köhnə korpusunun, 35 və 263 nömrəli tam orta məktəblərin isə qəzalı vəziyyətdə olan korpuslarının söküntü işlərinə başlanılıb. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.
Eləcə də oxuyun:
Bakının uşaq bağçalarına elektron qəbul başladı
Valideynlərin nəzərinə: Sabahdan uşaqlar bağçalara elektron qaydada yerləşdiriləcək
Birinci sinfə qəbulla bağlı elektron müraciətlərin sayı açıqlanıb
Xəbər lenti
0