https://sputnik.az/20210803/Baki-mekteblerinde-yeni-tedris-iline-hazirliq-aparilir-427610699.html
Bakı məktəblərində yeni tədris ilinə hazırlıq aparılır
Bakı məktəblərində yeni tədris ilinə hazırlıq aparılır
Sputnik Azərbaycan
Ehtiyac olan ərazilərdə səkkiz yeni məktəb inşa olunur, onlardan beşində tikinti işləri artıq yekunlaşıb. 03.08.2021, Sputnik Azərbaycan
2021-08-03T14:24+0400
2021-08-03T14:24+0400
2021-11-16T23:59+0400
xəbərlər
cəmiyyət
təhsil
orta təhsil
təmir
əsaslı təmir
təmir-bərpa
təmir işləri
təmir və tikinti
bakı
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426289038_0:0:3168:1782_1920x0_80_0_0_f36e0ff68fd006724273fb60c6772ec8.jpg
BAKI, 3 avqust — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki yeddi ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan əlavə, ehtiyac olan ərazilərdə səkkiz yeni məktəb inşa olunur. Onlardan beşində tikinti işləri artıq yekunlaşıb.Hazırda 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 71 və 307 nömrəli tam orta məktəblərin köhnə korpuslarının əsaslı təmiri və yeni korpusun tikintisi, 320 nömrəli tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirmə işləri davam edir.Bundan əlavə, 87 nömrəli tam orta məktəbin köhnə korpusunun, 35 və 263 nömrəli tam orta məktəblərin isə qəzalı vəziyyətdə olan korpuslarının söküntü işlərinə başlanılıb. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.Qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.Eləcə də oxuyun:Bakının uşaq bağçalarına elektron qəbul başladıValideynlərin nəzərinə: Sabahdan uşaqlar bağçalara elektron qaydada yerləşdiriləcəkBirinci sinfə qəbulla bağlı elektron müraciətlərin sayı açıqlanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426289038_192:0:2923:2048_1920x0_80_0_0_6646005d8a9ed863e10cfe6a2af80ade.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, təhsil, orta təhsil, təmir, əsaslı təmir, təmir-bərpa, təmir işləri, təmir və tikinti, bakı, məktəb, azərbaycan
xəbərlər, təhsil, orta təhsil, təmir, əsaslı təmir, təmir-bərpa, təmir işləri, təmir və tikinti, bakı, məktəb, azərbaycan
Bakı məktəblərində yeni tədris ilinə hazırlıq aparılır
14:24 03.08.2021 (Yenilənib: 23:59 16.11.2021) Ehtiyac olan ərazilərdə səkkiz yeni məktəb inşa olunur, onlardan beşində tikinti işləri artıq yekunlaşıb.
BAKI, 3 avqust — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki yeddi ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. İdarədən
Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan əlavə, ehtiyac olan ərazilərdə səkkiz yeni məktəb inşa olunur. Onlardan beşində tikinti işləri artıq yekunlaşıb.
Hazırda 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 71 və 307 nömrəli tam orta məktəblərin köhnə korpuslarının əsaslı təmiri və yeni korpusun tikintisi, 320 nömrəli tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirmə işləri davam edir.
Bundan əlavə, 87 nömrəli tam orta məktəbin köhnə korpusunun, 35 və 263 nömrəli tam orta məktəblərin isə qəzalı vəziyyətdə olan korpuslarının söküntü işlərinə başlanılıb. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.
Birinci sinfə qəbulla bağlı elektron müraciətlərin sayı açıqlanıb