CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyevadan Türkiyəyə dəstək

© Official website of President of Azerbaijan RepublicBirinci Vitse-prezident Mehriban Əliyeva YAP-ın qurultayında, 05 mart 2021-c il
Birinci Vitse-prezident Mehriban Əliyeva YAP-ın qurultayında, 05 mart 2021-c il - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Birinci vitse-prezident Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladığını bildirib.

BAKI, 30 iyul — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş verən yanğınlarla bağlı paylaşım edib. Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir:

"Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"

Türkiyədə meşə yanğınları

Qeyd edək ki, Türkiyədə, Antalyanın Manavqat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. İyulun 28-dən başlayan yanğın Manavqat rayonunun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb. Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 4 nəfər həlak olub, 183 nəfər isə xəsarət alıb. Yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

Azərbaycandan dəstək 

Cümə günü, iyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədəki dəhşətli yanğınlarda insanların həlak olması ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. O, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da meşə yanğınları zamanı həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib. Bayramov bunu özünün feysbukdakı hesabında yazıb: “Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya zəng vurub. Əsədov meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğunu vurğulayıb.

Eləcə də oxuyun:

 

Xəbər lenti
0