00:49 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
DÜNYA
Qısa URL
2110

Türkiyəli nazirlər ölkədə baş verən fəlakətlə bağlı son durumu açıqlayıblar. Mövlud Çavuşoğlu qeyd edib ki, sabahdan zərərçəkmişlərə kompensasiya ödəniləcək.

BAKI, 30 iyul — Sputnik. "Türkiyədə yanğınların 57-si nəzarət altına alınıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli bu gün keçirilən brifinq zamanı bildirib.

Nazir qeyd edib ki, 3 təyyarə, 9 PUA, 1 pilotsuz vertolyot, 1 su çəni, 38 vertolyot, 680 yanğınsöndürən maşın, 55 texnika və 4 min personal hazırda yanğınla mübarizəni davam etdirir. Pakdemirli qeyd edir ki, indiyə qədər yanğın nəticəsində dörd nəfər həyatını itirib: "Antalyada 3, Muğlada 1 vətəndaşımız həyatını itirib".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bir yandan yanğınsöndürmə işlərinin davam etdiyini, digər tərəfdən isə zərərin qiymətləndirilməsinin həyata keçirildiyini bildirib: "Zərəri qiymətləndirilən vətəndaşlara sabahdan etibarən ödənişlərin həyata keçirilməsinə başlanılacaq. Yanğınları kim törətdi? Vətəndaşların da, bizim də şübhələrimiz var. Bütün qurumlarımız həssas bir iş aparır. Saxlanılan şübhəlilər var".

Türkiyədə meşə yanğınları

Qeyd edək ki, Türkiyədə, Antalyanın Manavqat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. İyulun 28-dən başlayan yanğın Manavqat rayonunun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb. Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 4 nəfər həlak olub, 183 nəfər isə xəsarət alıb. Yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

Azərbaycandan dəstək 

Cümə günü, iyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədəki dəhşətli yanğınlarda insanların həlak olması ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. O, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da meşə yanğınları zamanı həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib. Bayramov bunu özünün feysbukdakı hesabında yazıb: “Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya zəng vurub. Əsədov meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğunu vurğulayıb.

Eləcə də oxuyun:

Teqlər:
Türkiyə, yanğın, Mövlud Çavuşoğlu

Əsas mövzular