22:14 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
Bakının son xəbərləri (58)
1574 0 0

Çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etmək üçün paytaxtda bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib.

BAKI, 15 iyun - Sputnik. Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında deyilir. Məqsəd - çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.
Mövsümi xarakterli dəyişikliyə əsasən, 16.06.2021 tarixindən:
101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;
107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;
146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək;
179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;
180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək;
182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək;
189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.

  • 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
    © Baku Transport Agency
  • 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
    © Baku Transport Agency
  • 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
    © Baku Transport Agency
  • 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
    © Baku Transport Agency
  • 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
    © Baku Transport Agency
  • 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
    © Baku Transport Agency
  • 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
    © Baku Transport Agency
1 / 7
© Baku Transport Agency
146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti

Çimərlik mövsümü bu gündən başlanır

Ölkədə çimərlik mövsümü rəsmi olaraq iyunun 15-də başlansa da, iyun ayının 10-dan etibarən Nazirlər Kabinetinin qərarı ilə çimərliklərin fəaliyyətinə icazə verilib.

Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıblar. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşdırma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsilə mütəmadi xəbərdarlıq edilir.

Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilən qruplar tərəfindən paytaxt rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxış keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər təhkim edilib. Hər bir çimərlik operatoru tərəfindən də cavabdeh ayrılıb.

Eləcə də oxuyun:

  • Umayra Tağıyeva çimərliklərlə bağlı qadınlara müraciət edib

  • Dəniz sevdalılarının diqqətinə: bəzi çimərliklərdə həddən artıq çirklənmə var

  • Bakıda çimərliklər yay mövsümünə hazırdır

Mövzu:
Bakının son xəbərləri (58)
Teqlər:
Abşeron, Bakı, dəyişiklik, marşrut, nəqliyyat, çimərlik

Əsas mövzular