07:43 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
744 0 0

Milli Hidrometeorologiya Xidmətinin rəisi hesab edir ki, Xəzərin sahilində dincələn hər kəs ardınca tökdüyü zibilləri yığışdırsa, bu işləri çatdırmayan şəhər və rayon təsərrüfat xidmətlərinin işini də yüngülləşdirmiş olar.

BAKI, 14 iyun — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Xəzəryanı çimərliklərin təmizliyinin qorunması üçün qadınlara müraciət etmək məcburiyyətində qalıb.  

Çimərlik mövsümünün başlanması ilə Xəzərin sahilinin istirahət üçün sevimli yerlərdən birinə çevrildiyini xatırladan Xidmət rəisi hər il təkrarlanan məsələləri bir daha təkrar etməli olub. O, tez-tez çimərliklərin necə çirkləndiyinin şahidi olduğunu qeyd edib. 

O xatırladıb ki, artıq neçə ildir ekoloqlar yay aylarında sahil zolağının təmizlənməsi ilə bağlı aksiyalar keçirir. Həmin aksiyalarda müxtəlif ekoloji təşkilatlar və könüllülər iştirak edirlər. Lakin bununla problemi kökündən həll etmək kifayət etmir.

"Biz yaxşı anlayırıq ki, belə kampaniyalar mövcud problemə diqqətin cəlb edilməsi üçün keçirilir. Lakin, fokusumuzu çimərliklərin təmizlənməsindən zibilliklərin əmələ gəlməsinin qarşısının alınması ilə əvəz etsək, birlikdə məqsədimizə nail ola bilərik", - deyən xanım Tağıyeva, bu məsələdə ölkə qadınlarından dəstək istəyib. 

"Bu gün mən xüsusilə bizim cəmiyyətin qadınlarına müraciət etmək istəyirəm. Əksər ailələrdə rahatlığı yaradan və qoruyan, uşaqları tərbiyə edən biz qadınlar-analar varıq. Təmizliyə və səliqəliliyə sevgi hissi isə hər birimizdə var", - deyə o, bildirib. 

Tağıyeva deyib ki, ətrafda təmizlik və səliqəlilik olanda hamıya xoş olur. Buna nail olmaq isə elə də çətin deyil. Kifayət edər ki, hər kəs istirahətdə olduğu yeri özündən sonra yığışdırsın:

"Bununla biz, həm də hər kəsin ardınca yığışdırmağı təbii ki çatdırmayan şəhər və rayon təsərrüfat xidmətlərinin işini də yüngülləşdirmiş olarıq. Bura bizim doğma ölkəmizdir. Məqsədimiz onu qorumaq, bizdə olan bütün yaxşı ənənələrini saxlamaqdır. Əziz, hörmətli qadınlar, sizə müraciət edərək tərəfinizdən anlayışla qarşılanmağımı ümid edirəm. Bütün qadınları və təbiət istifadəçilərini təbiəti, ətraf mühiti zibilləməməyə çağırıram".

Xatırladaq ki, iyun ayının 10-dan etibarən Nazirlər Kabinetinin qərarı ilə çimərliklərin fəaliyyətinə icazə verilib.

Əsas mövzular