CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yeni mövsüm başlayır: dəyişikliklər var

© Sputnik / Murad OrujovBakıda çimərlik
Bakıda çimərlik - Sputnik Azərbaycan, 1920, 15.06.2021
Abunə olmaq
Çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etmək üçün paytaxtda bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib.

BAKI, 15 iyun - Sputnik. Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında deyilir. Məqsəd - çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.
Mövsümi xarakterli dəyişikliyə əsasən, 16.06.2021 tarixindən:
101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;
107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;
146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək;
179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;
180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək;
182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək;
189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.

© Baku Transport Agency
146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti - Sputnik Azərbaycan
1/7
146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
© Baku Transport Agency
180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti - Sputnik Azərbaycan
2/7
180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
© Baku Transport Agency
189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti - Sputnik Azərbaycan
3/7
189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
© Baku Transport Agency
101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti - Sputnik Azərbaycan
4/7
101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
© Baku Transport Agency
179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti - Sputnik Azərbaycan
5/7
179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
© Baku Transport Agency
107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti - Sputnik Azərbaycan
6/7
107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
© Baku Transport Agency
182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti - Sputnik Azərbaycan
7/7
182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
1/7
146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
2/7
180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
3/7
189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
4/7
101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
5/7
179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
6/7
107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti
7/7
182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti

Çimərlik mövsümü bu gündən başlanır

Ölkədə çimərlik mövsümü rəsmi olaraq iyunun 15-də başlansa da, iyun ayının 10-dan etibarən Nazirlər Kabinetinin qərarı ilə çimərliklərin fəaliyyətinə icazə verilib.

Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıblar. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşdırma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsilə mütəmadi xəbərdarlıq edilir.

Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilən qruplar tərəfindən paytaxt rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxış keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər təhkim edilib. Hər bir çimərlik operatoru tərəfindən də cavabdeh ayrılıb.

Eləcə də oxuyun:

  • Umayra Tağıyeva çimərliklərlə bağlı qadınlara müraciət edib

  • Dəniz sevdalılarının diqqətinə: bəzi çimərliklərdə həddən artıq çirklənmə var

  • Bakıda çimərliklər yay mövsümünə hazırdır

Xəbər lenti
0