BAKI, 21 may — Sputnik. Ermənistanın Respublikasının Zəngəzur vilayətində (Sünik) Azərbaycan və Ermənistan hərbçiləri arasında dava baş verib. Dava nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 11 erməni hərbçisi xəstəxanaya yerləşdirilib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb.
Qeyd olunur ki, insident Gorus rayonunun Xoznavar kəndi yaxınlığında baş verib. İnsident nəticəsində xəsarət alan erməni hərbçilərin hamısı Gorus Tibb Mərkəzinə yerləşdirilib.
Gorus xəstəxanası xəsarət alan şəxslərin vəziyyəti barədə məlumatı açıqlamaqdan imtina edib. Ermənistan Baş Prokurorluğu faktla bağlı cinayət işi başladıb.
Həmçinin oxuyun:
Paşinyan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsinin vacib olduğunu bildirib
Putin və Paşinyan Azərbaycan-Ermənistan sərhəddindəki son durumu müzakirə ediblər