04:17 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
CƏMİYYƏT
Qısa URL
23

Vətəndaşların kütləvi toplaşma ilə qeyd etdiyi mərasimlərlə bağlı yeni qərarlar növbəti brifinqdə elan olunacaq.

BAKI, 20 may — Sputnik. Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, bu yaxınlarda qərarlar elan olunacaq:

"Açıq havada və insanların fiziki məsafəni saxladığı şərtdə maskaların ləğv olunması elan oluna bilər. Amma gözləmək və rəsmi açıqlamaları gözləmək lazımdır. Mən həkim olaraq düşüncələrimi bölüşürəm. Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır. Bir ildir deyirik ki, normal həyatın anlayışı dəyişəcək. Təəssüf ki...".

Y.Qarayeva deyib ki, vətəndaşların kütləvi toplaşma ilə qeyd etdiyi mərasimlərlə bağlı yeni qərarlar növbəti brifinqdə elan olunacaq.

Həmçinin oxuyun:

Açıq havada maskadan istifadə ləğv oluna bilər - TƏBİB rəsmisi

Gizli toy mərasimləri: kimisi batır, kimisi də sevincdən papağını göyə atır

Deyirlər ki, toy olacaq: Azərbaycanda mərasimlərə icazə verilməsi gözlənilir

Əsas mövzular