CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deyirlər ki, toy olacaq: Azərbaycanda mərasimlərə icazə verilməsi gözlənilir

© AFP 2023 / INTI OCONСвадьба, фото из архива
Свадьба, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
"Biz virusun yenidən alovlanmamasına diqqəti yönəltməliyik. Çalışmalıyıq ki, toyların keçirildiyi yer yeni virus ocağına çevrilməsin" - millət vəkili.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Artıq dünyanın bir çox ölkələrində toyların keçirilməsinə icazələr verilir. Bəzi ölkələr də bu icazələrin verilməsi üçün müəyyən təkliflər planı, layihələr hazırlayırlar. Azərbaycanda isə artıq bir ildir ki, toyların keçirilməsi qadağan edilib, restoran və şadlıq evlərinin fəaliyyəti tamamilə iflic olub.

Toylara icazələr verilməsi üçün Türkiyədə xüsusi risk xəritəsi hazırlanır və bu xəritədə məlumatlar anbaan dəyişir. Belə ki, az və orta riskli ərazilərdə ev sahibləri 8 metr ara məsafəsi olmaqla 100 nəfərlə toy keçirə bilərlər. Yüksək və daha yüksək risk ərazilərində isə ev sahibləri 8 metr məsafə olmaqla 50 nəfərlik qonaqla toy edə bilərlər. Digər məhdudiyyət isə toyun keçirilmə vaxtı ilə əlaqədardır. Belə ki, istənilən halda toyların keçirilməsi üçün 1 saatlıq zaman verilir.

Lənkəranda sərtləşdirilmiş karantin rejimi zamanı - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Tovuzda toy edənlərə polis "toy tutdu"

Digər ölkələrdə isə eyni zamanda açıq hava, bağ evlərində toyların keçirilməsinə icazələr verilir. Bəzi ölkələrdə toylarla bağlı heç bir məhdudiyyət yoxdur. Şimali İrlandiyada toyların keçirilməsinə hansısa limit qoyulmayıb. Həmçinin dəfn mərasimləri ilə bağlı da hansısa məhdudiyyət yoxdur.

Azərbaycanda isə hələlik toyların keçirilməsinə icazə verilib-verilməyəcəyi, veriləcəyi təqdirdə onun hansı formatda keçiriləcəyinə dair vahid fikir formalaşmayıb.

Lakin görünən budur ki, digər ölkələrdə olan təcrübənin Azərbaycanda da tətbiqinə ehtiyac var. Millət vəkili Bəhruz Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Karantin rejiminin tətbiqi, sərtləşməsi və yaxud da yüngülləşdirilməsi hökumətin nəzarətindədir. Seçicilərdən, vətəndaşlardan gələn müraciətləri dinləyirik. Düşünürəm ki, indiki halda karantin qaydalarına çox ciddi və sərt şəkildə əməl etməklə toyların keçirilməsinə icazə vermək olar. Necə ki, restoranlar, kafelərə icazələr verilir, toyları da analoji qaydada keçirmək olar. Yaz-yay mövsümünün olmasını nəzərə alsaq, açıq havada müəyyən say məhdudiyyəti ilə xüsusi prosedurlara - maskanın taxılması, məsafənin gözlənilməsi kimi nüanslara əməl etməklə toylara məhdudiyyət qoyulmasına ehtiyac yoxdur. Bunun həm dolanışığı toyların hesabına başa gələnlərə, həm də iqtisadiyyata müəyyən qədər də olsa faydası olur".

Стол в доме торжеств, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Prezidentin köməkçisi: Toy və ad günü keçirmək qadağandır

Millət vəkili bildirir ki, toyların keçirilməməsi həm də demoqrafik problemlərə yol aça bilər: "Biz elə bir toplumuq ki, adətən düşünürük, toysuz ailə həyatı qurulmur. Bu nüansları nəzərə alaraq, 50-100 nəfərlik və çox geniş arealı götürməklə, məsafəni qorumaqla, imkan daxilində açıq havada olmaqla toyların keçirilməsinə müsbət yanaşmalıyıq".

"Biz virusun yenidən alovlanmamasına diqqəti yönəltməliyik. Çalışmalıyıq ki, toyların keçirildiyi yer yeni virus ocağına çevrilməsin", - deyə B.Məhərrəmov vurğulayıb.

Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, iaşə məkanlarına kütləvi axın olduğu halda toylara qoyulan qadağa anlaşılan deyil:

"Vaxtilə keçmiş SSRİ-də Cinayət Məcəlləsində möhtəkirlik adlanan bir maddə var idi. Bu maddə hər hansı şəkildə gizli alver edən, ticarətlə məşğul olan insanlara şamil olunurdu. Amma faktiki olaraq cəmiyyətdə bu var idi, alver gedirdi. Cinayət Məcəlləsində bu maddənin olduğu, cərimələr tətbiq olduğu hər kəsə məlum idi, buna baxmayaraq hamı bilirdi ki, ticarət davam edir. İndi toy məsələsi də onun kimidir. Toy məsələsi var, bu reallıqdır və qaçılmazdır. İnsanlar bunu etməlidir".

Toy, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.04.2021
CƏMİYYƏT
Sabunçu rayonunda restoranda toy edən 40 nəfər cərimələnib

Fazil Mustafa əlavə edib ki, vaxtında bu məsələni tənzimləməmək insanların günahı deyil. Onun sözlərinə görə, müvafiq qurumlar vaxtında məsələni tənzimləməli idi ki, sonralar "gizli toy" problemi yaranmasın: "Çox təəssüf ki, qadağa ilə bunu ötüşdürdülər və əhali də öz addımını atdı. Məncə, doğru etdilər. Vətəndaşların qaydalara əməl etmək və müəyyən dərəcədə özlərini qorumaqla gizli şəkildə də olsa, toy keçirməklərini normal qəbul etmək lazımdır. Çünki bu bir reallıqdır, insan həyatıdır. İnsanlarının həyatının elə bir mərhələsi ola bilər ki, toyu indi keçirməsə gələcəkdə həyatı alt-üst ola bilər, münasibətləri pozular və s. Ona görə də mən buna normal yanaşıram, hər hansı şəkildə əndazəni aşarlarsa, bu zaman cəzalandırma ola bilər, amma normal şəkildə, həyətində, sosial məsafəni qorumaq və az adam dəvət etməklə bunu edirlərsə, mane olmağı doğru hesab etmirəm. Qanun müəyyən dərəcədə bunu tələb etsə belə, toy insanların həyatında ən vacib məsələlərdəın biridir. Bu məsələdə vətəndaşların üzərinə bu dərəcədə gedilməsi doğru deyil. Sadəcə tənzimləmək lazımdır ki, məsələn filan sayda adamla etmək olar. Sayı aşarlarsa cəzalandırılsınlar. Amma ümumiyyətlə qadağa qoyanda insanlar təbii ki, bunu gizli şəkildə edəcəklər. Bu məsələdə kimisə qınamağın adı yoxdur".

Şadlıq saraylarının rəhbərləri də toyların qısa zamanda bərpa olunmasını istəyirlər. Toy biznesinin olmaması onların bütün planlarını alt-üst edib, gəlirlərini azaldıb. Bu səbəbdən artıq bəzi restoran və şadlıq saraylarından ümumiyyətlə zənglərə cavab almaq mümkün deyil.

Xəbər lenti
0