13:34 12 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
23510

Ekspertlər də təsdiq edirlər ki, pandemiya uşaqlarda dərsə olan həvəsi, motivasiyanı yox edib. Yay tətilinin normal olmaması isə daha ciddi problemə çevrilib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. Adətən yay fəslində şagirdlərin əksəriyyəti çimərliklərə, uşaq düşərgələrinə, xarici ölkələrə, yay məktəblərinə üz tuta bilirdi. Bu il isə görünür ki, pandemiya ilə əlaqədar olaraq uşaqların yay tətili də fərqli olacaq.

Bir tərəfdən məktəblərdə dərslərin dayandırılması, yorucu virtual məktəb, teledərslər, digər tərəfdən yay istirahətinin olmaması uşaqları bu il tamamilə ruhdan salıb. Hazırda əksər uşaqlarda dərslərə maraq, motivasiya yoxdur. Hələ düşünəndə ki, yay istirahəti də olmayacaq, azyaşlılarda bütün stimullar ölür.

Təhsil eksperti Qoşqar Məhərrəmli deyir ki, bölgələrdə valideynlər övladlarının yay tətilinin səmərəli keçirməsi üçün istirahət mərkəzlərinə apara bilər və sosial məsafəni qorumaqla uşaqların tətilini səmərəli keçirə bilərlər: "Çalışmaq lazımdır ki, uşaqlar açıq havada olan ərazilərdə istirahət etsin. Uşaqların yay tətilini keçirmək üçün süni qurulan məkanlarda olması önəmli deyil. Onları kənd təsərrüfatı işlərinə cəlb etmək də olar. Meyvə toplama, torpaqla işləmək, kəndin gözəlliklərini görmək uşaqlar üçün daha önəmli ola bilər".

Ekspertin fikrincə, bu kimi istirahət turizm obyektləri və çimərliklərdən daha təhlükəsizdir.

Q. Məhərrəmov valideynlərə sıxlığın olmadığı turizm məkanlarına getmək tövsiyə edir.

Bəs Bakıda yaşayıb, bölgələrə gedə bilməyən vətəndaşların uşaqları yay tətilini necə keçirə bilər?

Ekspert deyir ki, pandemiya uşaqlarda dərsə olan həvəsi, motivasiyanı yox edib. Bakıda yaşayan valideynlər karantinə baxmayaraq, imkan tapan kimi uşaqları ilə bol zaman keçirməyə çalışmalı, onları yeni dərs ilinə hazırlanması üçün müəyyən tədbirlər görməlidir: "Bu dövr valideyn-övlad münasibətlərinin möhkəmlənməsi üçün də əsas dövrdür. Uşaqlarınızla çox zaman keçirin, düşüncələrinizi paylaşmağa çalışın".

Psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqların yay tətilinin səmərəli keçirilməsi üçün onlara bədii kitablar, oyunlar alınmalıdır: "Uşaqları kitab oxumağa, maraqlı filmlərə baxmağa təşviq etmək lazımdır. Valideynlər uşaqların məktəb dövrü bitdikdən sonra yorğun olduqlarını və tətilin onların enerjilərini bərpa edilməsi üçün verildiyini unutmamalıdırlar. Uşaqlar yay tətilində qışda etmək istəyib, amma edə bilmədikləri məşğuliyyətlərə üstünlük verməlidirlər. Getmək arzusunda olduqları yerlərə getməli, istədikləri əyləncə növü ilə əylənməlidirlər. Bəzən müəllimlər uşaqlara yay tətilində etmək üçün həddən artıq tapşırıqlar verir. Bu tapşırıqları tətilin ilk günləri və ya yeni tədris ilinə az qalmış edə bilərlər. Çalışın ki, uşağın tətil günlərinə heç olmasa gündə bir saat kitab mütaliə etməyi əlavə edə biləsiniz. Uşaqlara kitab alarkən azad seçim etməyə imkan yaradın. Qoyun uşaq özü istədiyi kitabı alıb oxusun. Uşağa kitabı sevdirmək üçün diqqətinizi çəkən kitabları alıb onun qarşısında oxuyun. Kitab oxumaqdan aldığınız zövqü övladınızla paylaşın. Belə etdiyiniz təqdirdə uşağınız da kitab oxumağa maraqlı olacaq".

Psixoloq uşaqların təhsildən geri qalmasını problem hesab etmir. Onun fikrincə, bu problem sentyabrda dərslər başlayan zaman tədricən öz həllini tapacaq.

Əsas mövzular