BAKI, 13 iyun — Sputnik. Koronavirus mutasiya etdikdə daha təhlükəli olacaq. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, Floridada aparılan tədqiqatlar zamanı alimlər bu qənaətə gəliblər.
Onlar bildiriblər ki, COVİD-19 mutasiya edir və bu da onu insanlar üçün daha təhlükəli və asan yoluxucu edir. Alimlər bildirir ki, məhz Amerika və Braziliya kimi ölkələrdə bu virusun geniş yayılmasının səbəbi elə onu çox mutasiya etməsidir.
Floridalı alim Çloe və onun həmkarları bir sıra eksperimentlər apararaq belə qənaətə gəliblər ki, D614G adı verilən bir mutasiya virusa daha çox sünbülvarilik verir. Nəticədə mutasiya virusun sünbülvarilik funksiyasını daha da dayanıqlı edir.
Alimlər bu ilin yanvarı ilə müqayisədə hazırda virusun 10 qat daha yoluxucu olduğunu bildirirlər.