Xanlar Xanlarzadə: “Qəbul imtahanları iki mərhələdə keçirilir”
“Qəbul imtahanlarının iyulun 20-dən sonrakı dövrdə keçirilməsi nəzərdə tutulur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.
Sektor müdiri bildirib ki, qəbul imtahanları iki mərhələdə keçirilir: “Abituriyentlər ixtisas qruplarına aid olan fənlərdən imtahan verəcəklər. İmtahanın birinci mərhələsindən, yəni buraxılış imtahanından maksimum 300 bal, ikinci mərhələdən isə 400 bal toplamaq mümkündür”.
Xanlar Xanlarzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz