10:05 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
CƏMİYYƏT
Qısa URL
101010

Ötən həftə bütün idman tədbirlər nə qədər qəribə səslənsə də, sağlamlıq üçün ləğv edildi. Dünya iqtisadiyyatında böyük həcmdə itkilərə səbəb olmuş koronavirus idman industriysını da iflic etdi.

7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir.

Prezidentdən 3 xüsusi tövsiyə

Ötən həftə altıncı çağırış parlament işinə başladı. Növbədənkənar seçkilərlə seçilmiş yeni tərkib ölkədə başlamış islahatlar kursu ilə ayaqlaşmalıdır. Bu parlamentdən əsas gözlənti budur. Məclisin açılış iclasında çıxış edən Prezident İlham Əliyev yeni parlamentdən bir sıra gözləntilrini diqqətə çatdırdı. Onların arasında 3 istiqamət xüsusilə qabarıq olaraq diqqət çəkirdi: birincisi - siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri; ikincisi - sosial-iqtisadi sahədə aparılan islahatlara dəstək; və nəhayət, üçüncüsü - beynəlxaq müstəvidə fəaliyyət.

Xüsusi rejim

Ötən həftə sonu, 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində koronavirusla əlaqədar bəzi sosial izolyasiya tədbirləri tətbiq olunmağa başlandı. Yalnız bundan sonra anlamağa başladıq ki, məsələ ciddidir. Yəqin ona görə ki, izoliyasiya tədbirləri sentimental sərhədlərimizə qədər gəlib çıxdı –toylar, kütləvi yas mərasimləri qadağan edildi, kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırıldı, saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırıldı, tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edildi və s.

Toylarsız birtəhər dözərik, bəs biz muzey və teatrlarsız necə yaşayacağıq?! Zalım fələk!

Vəfasız neft

"OPEC+" formatı daxilindəki anlaşılmazlıqlar, Rusiyanın tətbiq olunan məhdudiyyətlərlə razılaşmaması və nahayət, koronavirus böhranı fonunda dünya neft bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşdü. 1 barrelin qiyməti 30 dollara yaxınlaşdı və əsas ixrac məhsulu neft olan ölkələr ciddi itkilərlə üzləşdi.

Amma Azərbaycan dünya bazarlarında ötən illərdəki neft böhranlarını nəzərə alaraq, dövlət büdəcsində neftin qiyməti 55 dollar hesablanıb.

Böyük Britaniya kraliçası II Elizabet
© Richard Pohle/Pool via REUTERS

Ekspertlər hesablamalarına görə, neftin qiyməti bu il orta qiyməti 50 dollar olarsa, onda aşağı-yuxarı Azərbaycanın 24 milyarddan yuxarı olan büdcə gəlirlərinə 1 faiz, əgər qiymət 40 dollar ətrafında formalaşsa 2.5 faiz, 30 dollar olarsa 4 faiz təsir göstərəcək. Bu isə o deməkdir ki, sosial xərclərlə bağlı hər hansı sıxntı yaşanmayacaq. Üstəgəl, ixrac səbətimizdə 5-10 il öncə ilə müqayisədə daha çox çeşid mövcuddur.

Ancaq ümumi planda neftin nə qədər etibarsız resurs olduğu bir daha aydın olur.

Üzərlik dünyanı xilas edərmi?

Başlanğıcda ətrafında süni ajiotajın yaradıldığı deyilən Koronavirus artıq qlobal təhülkə kimi reallıqdır. Dünyanın 150-ə yaxın ölkəsini bürüyən və 150 minə yaxın insanın yoluxduğu virus epidemiyadan pandemiyaya çevrilərək, ciddi təşvişə səbəb olub.

Vəba, taun kimi kütləvi ölümlərlə nəticələnən pandemiyanın təkrarlanacağı qorxusu ilə yaşadığımız bu günlərdə Türkmənistan lideri maraqlı həll təklif edib. Q.Berdiməhəmmədov hökumətin iclası zamanı vətəndaşlara koronavirusdan qorunmaq üçün üzərlik yandırmağı tövsiyə edib. Prezident fikrini onunla əsaslandırıb ki, bu bitkinin tüstüsü müxtəlif virusların insan orqanizminə daxil olmasının qarşısını alır.

Və xatırladaq ki, Türkmənistanda koronavirusa yoluxma halı qeydə alınmayıb.

Market və dollar həyəcanı

Feyk-nyus istənilən cəmiyyətdə doğru xəbərdən daha sürətlə yayıla bilir. "Niquş"un Votsap səs yazılarının daha intensiv yayılması da bununla bağlıdır. Belə halda rəsmi qurumlardan operativlik tələb olunur. İnformasiyasızlıq mühitində doğru olmayan xəbər daha dərinə işləyir ki, bu da sosial gərginliyə səbəb olur.

Ötən həftə manatın dəyərdən düşəcəyi, dolların bahalaşacağı və marketlərdə məhsul qıtlığı yaranacağı ilə bağlı söz-söhbətlər banklarda və marketlərdə kütləvilik yaratdı. Kütləvi tədbirlərin ləğv olunduğu bu günlərdə dollar və ərzaq almaqla "xilas olacaq" xeyli adam informasiya virusunun təsiri altında bu məkanlarda koronavirusun yayılma ehtimalını artırdı.

Niyə distant təhsil yox, teledərslər?

Ötən həftə Təhsil Nazirliyi "Mədəniyyət" kanalı ilə birgə teledərslərə başladı. Təhsil müəssisələrinin fəaliyyətini dayandırdığı indiki məqamda bu, olduqca təqdirəlayiqdir. Ancaq Nazirlik niyə klassik informasiya yayıcısına üz tutdu. Bütün dünyanın müraciət etdiyi distant təhsil formasına niyə keçid edilmədi?

Cavab sadədir – çünki bütün təhsil müəssisələrinin maddi-texniki bazası və kadr potensialı buna hazır deyil.

Bu yaxınlarda Çinli alimlər dünyay gəlməmiş əkiz körpələrin geninə müdaxilə etdi, onlarda QİÇS-ə cavabdeh olan genləri deaktiv etdilər.

Dünya elmi gendəyişdirmə səviyyəsindədir. Biz isə distant təhsilə alternativlər tapırıq. Hansı ki, distant təhsil formasının təşkili yalnız yerli əhəmiyyətli innovativlik deyil, ixracyönümlü iqtisadiyyata keçidin aktual olduğu undiki mərhələdə yeni xidmət növünün ixracı imkanının yaranması demək olacaq.

Sağlam bədən üçün idmana yox!

Ötən həftə bütün idman tədbirləri nə qədər qəribə səslənsə də, sağlamlıq üçün ləğv edildi. Çempionlar Liqası, Avro Liqa, bir çox ölkələrin yerli çempionatları, o cümlədən Azərbaycan Premyer Liqası, yerli və beynəlxalq digər idman tədbirləri təxirə salındı. Gözlənilir ki, yayda keçirilməsi nəzərdə tutulan Avropa Çempionatı və Formual-1 yarışları da təxirə salınsın.

Beləliklə, dünya iqtisadiyyatında böyük həcmdə itkilərə səbəb olmuş koronavirus idman industriysını da iflic etdi və beləcə, bu sahədə də böyük məbləğdə maliyyə dövriyyəsi dayanmış oldu.

Hərçənd Azərbaycan çempionatını ləğv etməmək də olardı, çünki oyunlarımızda ciddi kütləvilik yaşanmır. Bu yarızarafat bir yana, ancaq bu oyunları azarkeşsiz keçirmək praktikası da mövcuddur, Türkiyə hazırda bunu tətbiq edir.

Bs indi necə olacaq - axı mərc oyunları da dayanır...

Əsas mövzular