BAKI, 15 mart — Sputnik. Ötən sutka ərzində Rusiyada daha dörd nəfərdə koronavirusa yoluxma faktı təsdiq olunub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə infeksiyanın yayılması ilə mübarizə üzrə operativ qərargahdan məlumat verilib.
Yeni xəstələnənlərdən üçü Moskva, biri isə Tümen vilayətindədir.
Ümumilikdə Rusiyada cəmi 63 nəfərdə Covid-19-a yoluxma təsdiqlənib. Onlardan 60-ı rusiyalı, biri italyan, ikisi isə Çin vətəndaşıdır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i COVİD-19 koronavirusunu pandemiya elan edib.
Son məlumatlara görə, dünyada 155 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb.