CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan XİN İrana gedən vətəndaşlara xəbərdarlıq etdi

© AP Photoİran sərhəd-keçid məntəqəsi
İran sərhəd-keçid məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur

BAKI, 23 fevral — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İran İslam Respublikasına səyahət edən Azərbaycan vətəndaşlarına müraciət edib.

İtaliyada karabinerlər, arxiv şəkli - Sputnik Azərbaycan
İtaliya koronavirusla mübarizədə Çin üsulunu seçdi

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan XİN son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan Respublikasının vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının məsləhətlərinə əməl etmələrini tövsiyə edir.

Hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Həmçinin İrandakı diplomatik korpuslarımızın koordinatları da məlumata əlavə edilib:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

ÜNVAN: Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16

Тепловизор, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Koronavirus təhlükəsi – Azərbaycan İranla sərhədə nəzarəti gücləndirdi

Telefon: (+9821) 22 55 82 99

(+9821) 22 55 42 55

Fax: (+9821) 22 55 81 83

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu

ÜNVAN: Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9

Telefon: (+98413) 333 48 02/04

Fax: (+98413) 331 53 80

Xəbər lenti
0