İtaliya koronavirusla mübarizədə Çin üsulunu seçdi

© AFP 2024 / TIZIANA FABI İtaliyada karabinerlər, arxiv şəkli
İtaliyada karabinerlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Covid-2019 İtaliyada Lombardiya və Venetoda yayılmağa başlayıb. Burada 89 yoluxma halı qeydə alınıb, iki nəfər ölüb, bir nəfər tam sağalıb

BAKI, 23 fevral — Sputnik. İtaliya hökuməti Covid-2019 koronavirusu ilə mübarizədə Çin üsulunu seçib - ayrı-ayrı yaşayış məntəqələrini tamamilə təcrid edirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Corriere della sera yazır.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
RUSİYA
Çinli turisti koronavirusla qorxudub soydu

Hökumətin sərt tədbirlər barədə qərarını Baş nazir Cüzeppe Konte açıqlayıb. Onun sözlərinə görə, məhdudiyyətlər ölkənin şimalındakı 11 kommuna, o cümlədən Milandan 60 km aralıda yerləşən Kodonyo şəhərindəki kəndlərdə tətbiq ediləcək. O kəndlərdə təxminən 50 min adam yaşayır.

Göstərilən ərazilərdə supermarket və restoranlar artıq bağlanıb, Milanda bələdiyyənin ictimai idarələrinin işi dayandırılıb. Sakinlərə yaşadıqları yeri tərk etmək, həmçinin bu məntəqələrə giriş yasaqlanıb. Burada nəzarət-buraxılış postları quraşdırılır.

Covid-2019 İtaliyada Lombardiya və Venetoda yayılmağa başlayıb. Burada 89 yoluxma halı qeydə alınıb, iki nəfər ölüb, bir nəfər tam sağalıb. Dünyada isə bu virusdan ölənlərin sayı 2.3 minə çatıb.

Lombardiya vilayətinin prezidenti Attilio Fontananın SkyTg24 telekanalına verdiyi məlumata görə, İtaliyada koronavirusa yoluxanların sayı artıq 100-ü keçib. 

Xəbər lenti
0