Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir problemli kreditlərin həlli üçün son tarixi açıqladı

© Sputnik / Murad OrujovМинистр финансов Самир Шарифов
Министр финансов Самир Шарифов - Sputnik Azərbaycan
Abunə olmaq
Maliyyə naziri Samir Şərifov deyir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının sifarişləri əsasında lazım olan məbləğ müvafiq bank hesablarına köçürülüb
Samir Şərifov: “Tapşırıqların icrası mayın sonunadək təmin ediləcək”

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası mayın sonunadək təmin ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.

“Söhbət, ilk növbədə, xarici valyutada olan kreditlərdən gedir. Maliyyə Bazarlarına Nəzarət Palatasının sifarişləri əsasında lazım olan məbləğ müvafiq bank hesablarına köçürülüb. Bu işlərin mayın 28-dək başa çatdırılması planlaşdırılır”, - deyə o bildirib.

Samir Şərifovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0