CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaraçı körpələrini yuxuya aparan ilginc səbəb

© Sputnik / Zulfiyya QuluyevaAysun Muxavazi
Aysun Muxavazi - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər bunu hər hansı qaraçı yaxud da dilənçi müxtəlif yolla əldə edib övladına verirsə, bu qısa zamanda öz mənfi təsirini göstərə bilər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Havanın isti-soyuq olmasına baxmayaraq, onlar çox vaxt analarının qucağında mışıl-mışıl yatırlar...Bu mənzərəni görənlərin bir qismi körpə uşaqların halına acısa da, digərlərini ən çox maraqlandıran sual belə olur: Dilənçilərin qucağındakı uşaqlar nə üçün həmişə yuxulu vəziyyətdə olurlar?

Bu sual ətrafında müxtəlif şayiələr dolaşır. Deyirlər ki, o uşaqların çoxu oğurluqdur və qaraçılar onlara yuxu dərmanları verdiyindən ağlamır, uzun müddət oyanmadan yatırlar. Sputnik Azərbaycan-ın əməkdaşı bu məsələyə aydınlıq gətirmək üçün küçədə qucağında uşaqla dilənən qaraçılarla söhbətləşib.

Рука, сжатая в кулак, фото из архива - Sputnik Azərbaycan
Yüz yetmiş adam dava etdi: Qaraçılar adam öldürdülər

30 yaşlı Aysun Muxavazi də körpə övladı ilə Bakı küçələrində dilənir. Günün qızmar vaxtı, saat 13:30 olmasına baxmayaraq, Aysun körpə qızı Sonanı qucağına alıb gəlib-gedənlərdən pul istəyir. Ona pul verən də olur, qucağındakı uşaqla yayın qızmar istisində diləndiyinə görə qınayanlar da. Biz də elə Aysunla söhbətə qucağındakı uşaqdan başlayırıq. Öyrənirik ki, Aysun Ağstafanın Saloğlu qəsəbəsində yaşayan Əcəmi kürdlərindəndir. O, Ağstafa rayonunda rəsmi qeydiyyatda olduğunu söyləyir. Qucağındakı körpə uşağın yatması ilə bağlı sualımızı isə aqressiv qarşılayır. Deyir küçədə dilənsə də, övladına zərər verməyi ağlından belə keçirmir: "Mənim də uşağım hər kəsin balası kimi özümə əzizdir. Mən gərək nə qədər qəddar ana olum ki, övladıma yatması üçün yuxu dərmanı verim. Uşağımla küçədə məcburiyyət qarşısında dilənirəm. Mən qızıma həkim resept yazmamış vitamin vermirəm, o ki qala yuxu gətirən dərman ola. Camaat bizim uşaqla isti-soyuq havada dilənən görəndə düşünür ki, yəqin öz uşağımız deyil. Mən bu uşağı Gəncədə Abbas Səhhət adına xəstəxanada dünyaya gətirmişəm. Övladım Ağstafada polikilinikada qeydiyyatdadır. Bu ölkənin polisi yaxşı bilir ki, bizim qucağımızdakı uşaqlar özümüzündür".

Aysunla bərabər bacısı Aişə də dilənir. Aişə deyir ki, digər valideynlər kimi o da övladını yayın istisində, qışın soyuğunda qucağında gəzdirməyi istəmir: "Bizim körpə uşaqlar bəlkə də ona görə qucağımızda yatır ki, biz onları havada çox gəzdiririk. Üstəlik, süni uşaq qidası almağa imkanımız olmadığından onlara ancaq ana südü veririk. Başqa nə səbəb ola bilər ki? Mənim üç övladım var. Böyüklər evdə olsa da, balaca mənimlə bərabər dilənir. Yanımda olan oğlumun 5 yaşı var. Uşağım anadangəlmə əlildir. Mən onu əməliyyat etdirmək istəyirəm, amma imkanım çatmır. Bəlkə siz yazasınız, mənim bu uşağımın əməliyyatına kömək edən tapıla. Həyat yoldaşım da vərəm xəstəsi olduğundan ailəni mən dolandırıram. Həm də diləndiyim puldan yoldaşıma xəstəxanada iynə-dərmanlarını almağa kömək edirəm".

Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kəmalə Ağazadə:” Qaraçıların əlində olan uşaqlarla bağlı araşdırma aparılmalıdır”

5 yaşlı Adəm Bakirov isə bu dəm ayaqqabını çıxardaraq şikəst ayağını bizə göstərir. Deyir o da həmyaşıdları kimi qaçıb futbol oynamaq istəsə də ayağında olan bu qüsur ona nəinki qaçmağa, normal ayaqqabı geyinməyə belə imkan vermir...

Adəmin anası da uşaqla dilənmək məcburiyyətində qaldıqlarını, övladına zərər verməyi ağlından belə keçirmədiyini deyir: "Biz küçədə uşaqla gəzəndə yoldan keçənlər məzəmət dolu baxışlarla bizi süzürlər. Yəqin elə düşünürlər ki, uşaqla günün altında diləniriksə, öz övladımızın sağlamlığına qarşı laqeyidik. Amma biz həkim resept yazmasa, uşağa heç bir dərman vermirik. Uşaqlarımıza vaxtı-vaxtında peyvəndlərini də vurdururuq. Uşağın başı ağrıyanda belə həkimdən dərman soruşuruq. Belə olan halda biz uşağımıza necə yuxu dərmanı verə bilərik?".

K.Y.Fərəcov adına Elmi -Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev qaraçıların, dilənçilərin uşaqları normal şəraitdə böyütmədiyini söyləyir. Baş pediatr deyir ki, uşaqların isti və soyuq havalarda uzun müddət açıq havada gəzib dolaşması yolverilməzdir. Böyüməkdə olan uşaq orqanizmi qayğı tələb edir: "Amma çox təəssüf ki, qaraçılar, dilənçilər uşaqları normal şəraitdə böyütmür. Bununla belə, onların körpə uşaqlara yatması üçün dərman verməsi də inandırıcı deyil. Çünki, həkim resepti olmadan apteklər nevroloji dərmanları satmır. Əgər bunu hər hansı qaraçı, yaxud da dilənçi müxtəlif yolla əldə edib övladına verirsə, bu, qısa zamanda öz mənfi təsirini göstərə bilər. Çünki, o dərmanların doza həddinin aşılması ciddi fəsadlar verir".

Küçə uşaqları, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda qaraçılar 10 yaşlı oğlanı dilənməyə məcbur ediblər

Pediatr Vaqif Qarayev isə qaraçıların və dilənçilərin körpə uşaqlarının çox yatmasının səbəbini onların immun sisteminin güclü olması, körpəlikdən ana südü ilə qidalanması ilə əlaqələndirir. Həmsöhbətimiz deyir ki, qaraçı və dilənçilər uşaqları dünyaya gətidikdən sonra belə həyat şəraitinə alışdırırlar: "Uşaqların küçədə səs-küydə, soyuq və isti havada yatması onunla bağlıdır ki, artıq onlar bunu həyat tərzi kimi qəbul edib orqanizmlərini bu şəraitə uyğunlaşdırıblar. Bəzən bizə müraciət edən valideynlər də qaraçıların və dilənçilərin uşaqlarının heç bir qayğı göstərilməməsinə rəğmən sağlam olduğunu deyir, amma öz uşaqlarının hər cür qulluq göstərilməsinə baxmayaraq, tez-tez xəstələndiyindən şikayətlənirlər. Bunun çox bəsit bir cavabı var. Uşaqlar körpəlikdən bakteriyalarla, viruslarla təmasda olduğunda, onlarda immunitet həmin bakteriyalara qarşı güclü olur. Üstəlik, qaraçı və dilənçilər öz uşaqlarını körpəlikdən ana südü ilə qidalandırırlar. Ana südü uşağın sağlam bəslənməsi, yuxulaması üçün əvəzsiz qidadır. Onu da vurğulamaq lazımdır ki, açıq havada olan uşaqlar daha çox yatırlar. Mən bir pediatr olaraq qaraçı və dilənçilərin qucaqlarındakı körpələrin çox yatmasının səbəbini bu amillərdə görürəm. Özüm dəfələrlə metroların çıxışında, küçədə onların körpə uşaqlarını əmizdirməsinin şahidi olmuşam".

Xəbər lenti
0