CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda qaraçılar 10 yaşlı oğlanı dilənməyə məcbur ediblər

© Sputnik / Fuad GasanovKüçə uşaqları, arxiv şəkli
Küçə uşaqları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polis ötən ay itkin düşmüş və qaraçılara qoşularaq Bakının iri ticarət mərkəzlərində dilənçilik edən oğlanı Nərimanov parkında dilənərkən tapıb

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Bakıda qaraçılar 10 yaşlı oğlan uşağını Bakının küçələrində dilənçiliklə məşğul olmağa məcbur ediblər.

Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
İtkin düşmüş məktəbli qız tapılıb

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, bu günlərdə polis əməkdaşları AUB-nin Reinteqrasiya Mərkəzinin sığınacağına aprelin əvvəllərində itkin düşmüş üçüncü sinif şagirdini gətiriblər. Valideynləri üç gün ərzində uşağı axtarıb tapmayandan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər və yerli telekanallardan birində elan veriblər. Nəticədə polislər uşağı Nəriman Nərimanov adına parkın ərazisində dilənçilik edərkən tapıblar.

Uşaq deyib ki, onlarla qonşuluqda yaşayan yeniyetmə dilənçilər onu aldadaraq bu işə cəlb ediblər. Bu vaxt ərzində uşaqlar özlərinin pul diləndikləri bütün nöqtələri ona başa salmağa macal tapıblar. Həmin yerlər Binə qəsəbəsindəki və "Neftçilər" metrostansiyası yaxınlığındakı iri ticarət mərkəzləri olub. Oğlanın sözlərinə görə, onunla birlikdə dilənən uşaqlar elə həmin yerlərdə küçədəcə yatırlar və elə orada nə tapsalar, onu yeyirlər.

Ağazadə həmin uşağın valideynlərinin Bakıda yaşadığı ünvanı deməkdən imtina edib. Onlar qaraçıların kompakt halda yaşadığı ərazidə mənzil kirayələyiblər. Oğlanın valideynləri insidentin təkrarlanacağından qorxurlar.

ABŞ dolları - Sputnik Azərbaycan
Qonşular yenə dilənərək 11 milyon topladılar

"Oğlanın dediyinə görə, onu dilənçiliklə məşğul olmağa məcbur ediblər. Hazırda təhqiqat aparılır və hələlik faktlar təsdiqini tapmayıb. Uşaqda çatışmazlıq hiss olunur. Biz uşağı Pedaqoji Komissiyaya göndərmişik ki, onlar onun vəziyyətini qiymətləndirsinlər. Təhsil Nazirliyi oğlanı ixtisaslaşmış internata yazdırmaq üçün hazırda onun sənədlərinə baxır" - deyə Ağazadə bildirib.

AUB sədri izah edib ki, oğlanda bir növ sosial uyuşmazlıq problemi var: "O, həddindən artıq sadəlövhdür. Uşağın ailəsi Bakıya ölkənin cənubundan gəlib. Onlar orada dağ kəndində yaşayıblar və təsərrüfat işləri ilə məşğul olublar. Onların heç birinin normal təhsilləri yoxdur".

Hazırda sözügedən faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti
0